Azərbaycanda baş məşqçi “instaqram”da futbolçu axtarışına çıxdı - FOTO

9 İyul 2025 08:50 II Divizion 1 430
Azərbaycanda baş məşqçi “instaqram”da futbolçu axtarışına çıxdı - FOTO

İkinci liqada mübarizə aparan “Şəmkir”in baş məşqçisi Vüqar Nadirovun instaqramda etdiyi paylaşım gündəm olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını bildirib.

O, bunun üçün seçimlər edəcəyini də açıqlayıb:

“Şəmkir” klubu 2025/2026 mövsümü üçün “ASK Arena”da 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar.

Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.

Vüqar Nadirov seçimlərdən yaxşı futbolçular çıxdığını bildirib (qafqazinfo):

“Bəzən seçimlərdən keyfiyyətli futbolçular çıxır. Biz komandanın özəyini saxlamışıq, amma yeni oyunçulara ehtiyacımız var.

Bunun üçün də seçimlər edəcəyik. Artıq büdcə bəllidir və işlərə başlamışıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA