Üst liqaya vəsiqə qazandılar, 7 futbolçuya qapını göstərdilər

3 İyul 2025 14:20 II Divizion 1 402
Üst liqaya vəsiqə qazandılar, 7 futbolçuya qapını göstərdilər

2025/25 mövsümündə I Liqada mübarizə aparacaq "Şəfa" yeddi futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Ceyhun Cavadov, Rafiq Həsənov, İbrahim Aslanlı, Rəsul Əliyev, Cavad Bağırov, Comərd Baxşəliyev, Elməddin Hüseynzadə və Ratmir Kavtunovla vidalaşıb.

"Şəfa" sözügedən oyunçulara kluba göstərdikləri xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.

"Şəfa" ötən mövsüm Azərbaycan 2-ci liqasında 2-ci yeri tutub və 1-ci liqaya vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!