
II Liqada mübarizə aparan «Quba»nın rəhbərliyi son dərəcə əhəmiyyətli qərar qəbul edib.
Komanda bundan sonra təmsilçisi olduğu rayonda məskunlaşacaq.
Bu barədə Sportinfo.az-a klubun prezidenti Ayaz Abdullayev məlumat verib.
Onun bildirdiyinə görə, proses tezliklə start götürəcək və bu, «Quba»nın həyatında yeni mərhələ olacaq.
Bir neçə ildir futbol sektorunda fəaliyyət göstərən iş adamının sözlərinə görə, artıq bütün işlər bu istiqamətdə qurulacaq, kollektivin Qubada yerləşməsi və gündəlik məşq etməsi üçün lazımı şərait yaradılacaq.
Abdullayev «Quba»nın növbəti mövsümdə də iddialı olacağını, I Liqaya vəsiqə uğrunda mübarizə aparacağını deyib.
Başqan əmindir ki, Bakıdan Qubaya köç komandanın çıxışına müsbət təsir göstərəcək və yerli azarkeşlərin onlara dəstəyini daha da artıracaq.