
Bundan sonra “Quba” FK adı altında fəaliyyət göstərəcək “Hypers Guba”da daha bir ayrılıq yaşanıb.
Cavid İmamverdiyevin ardınca Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov da klubdan ayrılıb.
İmamverdiyevdən fərqli olaraq, Qurbanovun gedişi maliyyə ilə bağlı deyil.
II Liqada legionerlərin çıxışına icazə verilmədiyindən, Ruslan burada Azərbaycan pasportu ilə oynayırdı.
Lakin vaxtilə milli komandanın şərəfini qoruduğu üçün illər öncə verilən sənədin etibarlılıq müddəti başa çatdığından, Qurbanov Azərbaycan vətəndaşlığından məhrum olub.
Belədə, avtomatik legionerə çevrilib deyə, “Quba” FK-dan ayrılması qaçılmaz olub.
HƏBİB / SPORTİNFO.AZ