30 qol vuran 3 qat Azərbaycan çempionu klubundan ayrıldı - SON DƏQİQƏ:

21 İyun 20:40 II Divizion 1 089
30 qol vuran 3 qat Azərbaycan çempionu klubundan ayrıldı - SON DƏQİQƏ:

I Liqaya yüksələ bilməyən “Hypers Quba” ciddi itki ilə üzləşib.

Komandanın kapitanı Cavid İmamverdiyev klubu tərk edib.

Ötən mövsüm II Liqada vurduğu 30 qolla bombardirlər siyahısında yer alan tanınmış futbolçu rəhbərliklə maddi şərtlərdə razılığa gəlməyib. Nəticədə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

İmamverdiyev bölgə təmsilçisi ilə ötən ilin avqustunda anlaşmışdı.

34 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah”, “Keşlə”, “Kəpəz”, “Kür-Araz”ın şərəfini qoruyub, Türkiyə “Elazığspor”unda legioner həyatı yaşayıb.

“Neftçi”nin heyətində 3 dəfə ölkə çempionu adını qazanıb, bir dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!