Beş klubun rəhbəri sözü bir yerə qoydu, tələb etdi - Pulu artırın, çempionatda oynayaq!

9 İyun 17:20 II Divizion 2 593
Beş klubun rəhbəri sözü bir yerə qoydu, tələb etdi - Pulu artırın, çempionatda oynayaq!

II Liqanın yarışmaçılarının bir qrupu AFFA-ya şifahi müraciət ünvanlayıb.

Bu barədə həmin klublardan birinin rəhbəri redaksiyamıza məlumat verib.

Onun bildirdiyinə görə, növbəti mövsüm öncəsi problemlər bir-birinin üstünə qalanıb. Belə ki, ən azı 5 komandanın gələn çempionatda iştirakı sual altına düşüb.

Çünki bu iştirakçıların hamısı maliyyə çatışmazlığından əziyyət çəkir. Odur ki, liqanın nümayəndələri öz aralarında sözü bir yerə qoyaraq, turnirdən geri çəkilmək barədə federasiyaya xəbərdarlıq edib.

İstəkləri AFFA tərəfindən ayrılan illik yardım paketinin həcminin artırılmasıdır.

Müsahibin dediyinə görə, 50 min manatlıq dotasiya ilə sezonu başa vurmaq qeyri-mümkündür, bu məbləğ ən azı iki dəfə artırılmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!