Azərbaycanda klub öz sponsorunun dəstəyindən imtina etdi!

15:15 II Divizion 510
Azərbaycanda klub öz sponsorunun dəstəyindən imtina etdi!

II Liqada yarışan «Şəmkir» əsas himayədarı ilə vidalaşıb.

Vüqar Nadirovla I Liqaya vəsiqə qazana bilməyən qərb klubu Məhəmməd Həsənovun kurasiyasından alıb.

Yerli futbol ictimaiyyətinin tələbi və istəyi ilə o, «ağ-qırmızılar»la bütün bağlantılarını kəsib.

Futbol ictimaiyyətində əsasən menecer kimi tanınan M.Həsənov son iki ildə «Şəmkir»ə maliyyə dəstəyi verib.

Premyer Liqanın bir sıra təmsilçiləri ilə əməkdaşlıq eləyən agent legioner futbolçuların satışından qazandığı vəsaitin bir qismini bura yönəldib. Baş məşqçi və köməkçilərinin, həmçinin bəzi futbolçuların məvacibini ödəyib.

Bu gediş sakit alınmayıb. Şəmkir publikasıyla onun arasında narazılıq baş verib. Məhz ciddi fikir ayrlığı üzündən Vüqar Nadirov da komandanın sükanı arxasını tərk edib.

Vaxtilə iki dəfə ölkə çempionu titulunu qazanmış «Şəmkir» II Liqada mövsümü beşinci pillədə başa vurub.

50 xal toplayan kollektiv ondan 1 xal çox xal toplayan «Hypers»dən geri qalaraq, I Liqaya vəsiqə uğrunda pley-off oyunundan kənarda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti