Klub prezidentindən ŞOK AÇIQLAMA: “Baş məşqçinin işindən narazıyıq, oyuna da gəlmədi”

4 İyun 09:40 II Divizion 668
Klub prezidentindən ŞOK AÇIQLAMA: “Baş məşqçinin işindən narazıyıq, oyuna da gəlmədi”

«Konkret olaraq istefa ilə bağlı qarşı tərəfdən heç bir müraciət olunmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Saatlı»ın prezidenti Ədalət Abdullayev deyib.

II Liqada çıxış edən klubun rəhbəri Asim İbrahimovun baş məşqçi postundan ayrılması xəbərindən danışıb.

İki ay öncə burada işləməyə başlamış çalışdırıcı Şəhriyar Məmmədovu əvəzləyib.

Onun təyinatından sonra «Araz» dərin çöküş yaşayıb. Nəticədə aran təmsilçisi bu mövsüm 31 xal toplayıb və turnir cədvəlində 8-ci pilləni tutub.

Ə.Abdullayev mövcud vəziyyət haqda bunları söyləyib:

«O düzdür ki, Asim İbrahimovun təyinatından sonra komandada vəziyyət mənfiyə doğru dəyişib. Səkkiz oyundan yalnız birində qələbə qazanan kollektiv autsayderlərə də məğlub olub.

Açığı, onun işindən narazıyıq. Son oyuna üzrsüz səbəb olmadan və heç bir məlumat vermədən gəlməyib.

Bütün bu qeyri-peşəkar davranışlarla bağlı xəbərdarlıq məktubu tərəfimizdən hazırlanıb və ona göndəriləcək.

Əslində, futbolda "istənilməyən yerdə qalmazlar" deyə bir təməl deyim və peşəkar yanaşma anlayışı mövcuddur. Bizdə görünən odur ki, məsələ bir az fərqlidir».

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu