Iı Liqada dava saldılar

28 May 03:50 II Divizion 854
Iı Liqada dava saldılar

AFFA Azərbaycan II Liqasında çıxış edən "Araz Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü isə 5 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 21-də baş tutan XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu 300 manat cərimələnib.

"Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi həmçinin 300 manat ziyana düşüb.

Bununla yanaşı, stadionun əmlakına dəymiş zərərin “Hypers Guba” tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!