II Liqada pley-offun nominal meydan sahibi bəlli oldu

28 May 03:10 II Divizion 177
II Liqada pley-offun nominal meydan sahibi bəlli oldu

Azərbaycan II Liqasında pley-off mərhələsinin nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Lerik” və “Şirvan”ın nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik”in nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan”n meneceri Miremin Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olub.

II Liqa uğrunda pley-off qarşılaşması 29 may tarixində “ASCO Arena”da keçiriləcək. Matç saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti