Toz-torpaq və kol-kosun içində bir o var idi… VİDEO

24 May 23:40 II Divizion 126
Toz-torpaq və kol-kosun içində bir o var idi… VİDEO

II Liqada mövsümə yekun vurulub.

"Şəmkir" doğma rayonda "Şəki Siti"ni qəbul edib.

Turnir cədvəlində dördüncü pilləyə yüksəlmək ümidi ilə oyuna çıxan ev sahibləri ilk dəqiqələrdən hücuma atılıb.

Fasiləyədək qonaqların qapısı ağzından çəkilməyən şəmkirlilər tribunadan böyük dəstək alıb. 1200 nəfərdən çox azarkeş durmadan onları qələbəyə səsləyib.

Bununla belə, «Şəmkir» yalnız fasilədən sonra tərəfdarları ayağa qaldırıb. Öncə Akif Tağıyev toru silkələyib, bir qədər sonra isə Vidadi Cəfərov penaltidən fərqi artırıb.

Mingəçevirli hücumçu beləcə çempionatdakı qollarının ümumi sayını 31-ə çatdırıb və bombardir ünvanını qazanıb.

Hesab oyunun axarını yarımçıq əks etdirir. Əslində, səfərə 13 futbolçu ilə gəlmiş «Şəki»də heç kim nəyləsə yadda qalmadı.

Bir nəfərdən savayı. 0:2 hesablı məğlubiyyətə görə Elnar Şabanova minnətdar olmalıdırlar.

Qapıçı komandasını 5-6 real qoldan xilas etdi. O, toz-torpaq içində, kol-kos basmış kələ-kötür meydanda «diri» göründü,

«Şəmkir» bu qələbəyə çox sevinə bilmədi. Saatlıdan gələn xəbər qərblilərin əhvalını 180 dərəcə dəyişdi.

«Hypers»in səfərdə «Araz»ı eyni hesabla üstələməsi ilə onların mövsümü 50 xalla 5-ci pillədə bitirməsi rəsmiləşdi.

SPORTİNFO.AZ

“Şəmkir” – “Şəki Siti” 2:0

Qollar: Akif Tağıyev, 56; Vidadi Cəfərov, 65 (p.)
Şəmkir OİK stadionu. 1200 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Səbuhi Əmrahov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Nihat Sarıyev, 59 (qeyri-idman hərəkəti); Məzahir Əhmədov, 66 (oyunun bərpasının ləngidilməsi); Nicat Oruclu, 82 (qeyri-idman hərəkəti) // Ramin İsmayılov, 64 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Şəmkir”
1. Orxan Sadıqlı (k)
(13. Cəfər Abbasov, 82)
10. Akif Tağıyev
17. Ceyhun Rəcəbli
(15. Ümid Nağdalıyev, 82)
9. Vidadi Cəfərov
18. Pərvin Kərimli
(57. Məzahir Əhmədov, 56)
6. Sərcan Omarov
7. Nicat Oruclu
5. Sehran Abbasov
23. Fərid İslamzadə
(25. Kamal Mirzəyev, 68)
11. Fəzail Şirxanzadə
(22. İsmayıl Əskərov, 82)
8. Nihat Sarıyev
Ehtiyat oyunçular:
44. Elşad Mirzəyev
14. Rəhim Cəfərov
19. Məmməd Məmmədov
16. Ayhan Quluzadə
Baş məşqçi: Vüqar Nadirov

“Sheki City”
1. Elnar Şabanov
5. Ramin İsmayılov
4. Süleyman Rauflu
20. Orxan Kərimov
(10. İlkin Məmmədov, 78)
14. Elçin Ramazanov (k)
97. Tural Məmmədzadə
3. Coşqun Canımov
(99. Elgün Hacıbabayev, 68)
17. Xalıq Şabanov
8. Yusif Yusifzadə
77. Asim Quliyev
21. Yusif Qafurov
Ehtiyat oyunçular:
Baş məşqçi:
Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti