Azərbaycanda futbolçular çempion məşqçini bu cür atıb-tutdular - VİDEO

09:00 II Divizion 197
Azərbaycanda futbolçular çempion məşqçini bu cür atıb-tutdular - VİDEO

II Liqada 2024/2025 mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 26 turun nəticələrinə görə, "Şahdağ Qusar" 1-ci yeri tutub.

72 xal toplayan çempionu bir xal fərqlə "Şəfa" izləyib. 58 xala malik "Şimal" isə 3-cü pilllədə qərarlaşıb.

İlk 3 pillənin sahibi növbəti mövsümdə I Liqada oynamaq hüququ qazanıblar.

Mövsümün 4-cü yerdə bitirən "Hypers Quba" (51 xal) isə 1-ci Liqanın 9-cusu ilə pley-off oynayacaq.

Sonuncu yeri tutan "Füzuli" (15 xal) liqanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti