
II Liqada 2024/2025 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, Binə qəsəbə stadionunda, saat 16:00-da başlayan mərasimdə liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunub, qalibə kubok təqdim edilib.
Həmçinin “Şəmkir” klubunun hücumçusu Vidadi Cəfərov 31 qolla mövsümün bombardiri olub. Bunun üçün ona xüsusi mükafat verilib.
Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər.
"Şahdağ Qusar", gümüş mükafatçısı "Şəfa", bürünc mükafatçısı isə "Şimal" olub.