"Yəqin ki, yaxın günlərdə cavab gələcək, büdcə ayrılacaq"

02:10 II Divizion 117
"Yəqin ki, yaxın günlərdə cavab gələcək, büdcə ayrılacaq"

I Liqaya vəsiqə qazanan "Şahdağ Qusar" bu çempionatda da yüksək yerlər uğrunda mübarizə aparacaq.

bunu "report"a açıqlamasında bölgə təmsilçisinin direktoru Elçin Cananov deyib.

"Şahdağ Qusar" II Liqada 72 xalla çempion olub. bununla bağlı fikirlərini bölüşüb:

"Biz ötən mövsümdə də I Liqaya vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Həmin vaxt bunu bacarmadıq, üçüncü yeri tutduq. Bu dəfə isə mövsümə daha ciddi hazırlaşdıq. Sponsorlar tərəfindən qarşımıza hədəf kimi çempion olmaq yox, I Liqaya vəsiqə qazanmaq qoyulmuşdu. Komanda olaraq çempion olmaq da istəyirdik. Azarkeşlərimiz də bunu tələb edirdi. Çempionluğu haqq edirdik. Mövsümə yaxşı başladıq. Ağır və çətin matçlarımız oldu. Amma sonda titula sahib çıxdıq. Bütün fanatlarımızı sevindirə bildik".

Klub rəsmisi 2025/2026 mövsümdəki hədəflərdən də söz açıb:

"Növbəti planlarımızı, sənədləri sponsorumuza təqdim etmişik. Onlardan cavab gözləyirik. Yəqin ki, yaxın günlərdə cavab gələcək, büdcə ayrılacaq. I Liqada hansısa hədəflərə nail olmaq üçün maliyyə lazımdır. Onların verəcəyi cavaba əsasən planlarımızı müəyyənləşdirəcəyik, 10-15 günlük fasilədən sonra yeni mövsümün hazırlıqlarına başlaya biləcəyik. İnanıram ki, I Liqada da ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Fikrimcə, komanda ilk "3-lük"də yer ala bilər. Bu, mümkündür. I Liqadakı klubların iddialarını, məqsədlərini də bilmirik. Amma biz yüksək yerlər uğrunda oynayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...