Azərbaycanda fəaliyyətini dayandıran klubun bazası satışa çıxarıldı - SON DƏQİQƏ

22 May 17:40 II Divizion 4 176
Azərbaycanda fəaliyyətini dayandıran klubun bazası satışa çıxarıldı - SON DƏQİQƏ

İllər öncə fəaliyyətini dayandırmış «Rəvan»ın bazası satışa çıxarılıb.

Klubun Qaraçuxur qəsəbəsində yerləşən təlim-məşq mərkəzinin artıq real müştərisi var.

Bu, növbəti mövsümdən I Liqada mübarizə aparacaq «Şəfa»dır. II Liqada çempion ola bilməyən paytaxt təmsilçisinin nümayəndələri artıq Qaraçuxura üz tutub, bazaya baxış keçirib.

«Rəvan» 2016-cı ildə tarixin yaddaşına köçüb. Baza isə ondan 3 il öncə istifadəyə verilib.

Klub I Liqada mövsümü yarımçıq dayandırmalı olub. Sırf kollektiv surətdə danışılmış oyunlarda iştirak şübhəsi ilə.

O vaxtdan bəri Qaraçuxur müxtəlif komandaların «oylağ»ına çevrilib. Baza icarə əsasında onların ixtiyarına verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!