Kapitanı döyülən komandadan sezonun SON VİDEOsu

21 May 23:40 II Divizion 217
Kapitanı döyülən komandadan sezonun SON VİDEOsu

II Liqada mövsümün sonuncu turunun oyunları keçirilib.

Ötən tur şübhəli şəkildə Qubada məğlubiyyətlə üzləşən "Şimal" bu dəfə Siyəzəndə "Göygöl"ü qəbul edib.

Komanda yoldaşları tərəfindən döyülən Tural Cəlilov meydana ayaq basmayıb. Nominal ev sahibləri kapitanın yoxluğunda istəyinə çatıb. Hər hissədə 1 qol vuraraq, qələbə qazanıblar.

Matç hərəkətli alınıb. İstər "Şimal", istərsə də "Göygöl"ün ifasında çoxsaylı qol epeizodlarını izləmək mümkün olub. Qonaqlar bir qədər tələsməsəydi, səfərdən minimum heç-heçə ilə dönərdilər.

«Hypers»lə görüşdə meydana çıxmaq istəməyən Tofiq Nəsibov Siyəzəndə hesabı açıb: hücumçunun qolu baxımlı alınıb.

Oyunda son nöqtəni qoyan Ceyhun Kəlbəliyev isə cinah asmasını başla tora qovuşdurub. Axır 10-15 dəqiqədə fərq daha da arta bilərdi. "Şimal"ın qaçırdığı fraqmentləri izləmək gərək.

"Şimal" 58 xalla mövsümü 3-cü pillədə, "Göygöl" isə 21 xalla 11-ci pillədə yekunlaşdırıb.

SPORTİNFO.AZ

“Şimal” – “Göygöl” 2:0
Qollar: Tofiq Nəsibov, 56; Ceyhun Kəlbəliyev, 87
Siyəzən şəhər stadionu. 30 tamaşaçı
Baş hakim: Nəriman Ağayev
Baş hakimin köməkçiləri: Ruslan Məmmədov, Rizvan Süleymanov Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Ceyhun Kəlbəliyev, 55 (qeyri-idman hərəkəti); Amil Məmmədov, 71 (qeyri-idman hərəkəti) // Elcan Rəhimov, 74 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

“Şimal”: 1. Natiq Daşdəmirli 17. Cavad Hacıyev (5. İqrar Səmədov, 56) 13. Qeybulla Kaçayev (k) (19. Şükür Ağabəyov, 46) 9. Şahlar Sədiyev (22. İbrahim İmamhüseynov, 70) 4. Ülvi Zeynalov (15. Elmar Babayev, 46) 26. Elvin Dəmirov 16. Amil Məmmədov 44. Tofiq Nəsibov 2. Said Əliyev 8. Pirverdi Seyidov (27. Pərviz Azadov, 56) 77. Ceyhun Kəlbəliyev
Ehtiyat oyunçular: 18. Tural Cəlilov
Məşqçi: Fazil Salahov

“Göygöl”: 13. Novruz Rəhimov (k) 44. Elxan Əzizov 9. Zahid Sadıxov 10. Elcan Rəhimov 6. Kamal Həsən-pur 11. İntiqam Tağıyev 3. İsmayıl Məmmədov 55. Sənan Həsənov 17. Çingiz Məmmədov (14. Ülvi Cəlilov, 59) 15. Surac Nəcəfov 4. Kərəm Əhmədli
Ehtiyat oyunçular: 99. Pərvin Zeynalov 32. Oqtay Məmmədov 20. Fərid Soltanzadə 66. Dursun Məmmədov 5. Səid Həsənov
Məşqçi: Bilal Mehdiyev

Digər Xəbərlər
Xəbər Lenti