Son anda belə bir xəbər ayıldı - Lideri “taxt”dan salmaq üçün 50 min manat…

15:00 II Divizion 383
Son anda belə bir xəbər ayıldı - Lideri “taxt”dan salmaq üçün 50 min manat…

Bu gün II Liqada mövsümə yekun vurulacaq.

Çempionluğun taleyi Bakıda həll olunacaq.

Lider «Şahdağ» Binədə «Dinamo»nun önünə çıxacaq. Onun izləyicisi «Şəfa» isə «Qusar»la üz-üzə gələcək.

«Şahdağ»a 1 xal qazanmaq kifayətdir ki, qızıl medalları əldə etsin. Çünki son tur öncəsi paytaxt təmsilçisini 3 xal qabaqlayırlar.

Bu matçlardan öncə yeni söz-söhbətlər yayılıb. «Şəfa»nın Qusar komandasına qalib gəlməsi üçün «dinamoçular»a 50 min manat mükafat qoyduğu söylənilir.

Onların öncəki tur «Qusar»a da bir bu qədər «ənam» təyin etməsi deyilir.

Kamran Əlibabayevin çalışdırdığı kollektiv rayon derbisində hesabı açan tərəf olsa da, «Şahdağ» oyunun qalan vaxtında 3 qol vuraraq, sürprizə imkan verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti