Azərbaycanda iki dəfə çempion olan klub PULLU TƏRƏFDAŞ tapdı

21 May 17:40 II Divizion 837
Azərbaycanda iki dəfə çempion olan klub PULLU TƏRƏFDAŞ tapdı

II Liqada mübarizə aparan "Şəmkir" yeni sponsor tapıb.

Rayonun tanınmış məkanlarından olan "Gold Qafqaz" şadlıq sarayı klubla tərəfdaşlığa başlayıb.

Bu əməkdaşlıq sayəsində "Gold Qafqaz" Şəmkir futbolunun inkişafına dəstək olmağı və idmana marağı artırmağı hədəfləyir.

Bundan sonra komanda üzərində “Gold Qafqaz” imzalı forma ilə meydana çıxacaq.

Yerli brend vaxtilə iki dəfə Azərbaycan çempionu olmuş kluba büdcə də ayırıb. Hər ay "ağ-qırmızılar"a 4000 manat ödəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti