Əyalət komandası pley-off mərhələsinə vəsiqə aldı - VİDEOLAR

21 May 22:40 II Divizion 615
Əyalət komandası pley-off mərhələsinə vəsiqə aldı - VİDEOLAR

Bu gün II Liqada mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçirilib.

Çempionun adı da məhz bu gün bəlli olub.

Lider "Şahdağ Qusar" Binədə "Dinamo" ilə qolsuz heç-heçə edib. Bununla da qusarlılar turnirin çempionu olublar.

Onların ən yaxın izləyicisi "Şəfa" isə səfərdə "Qusar"la qarşılaşıb və 9:0 hesablı qələbə qazanıb. "Şahdağ Qusar" 72, "Şəfa" isə 71 xalla turniri başa vurub.

Bu gün həmçinin "Şəmkir" "Şəki Siti" ilə, "Araz-Saatlı" isə "Haypers Quba" ilə üz-üzə gəlib.

Daha əvvəl "Şahdağ Qusar", "Şəfa", "Şimal" I Liqaya vəsiqəni təmin edib. “Haypers” isə pley-off mərhələsinə yüksəlib.

“Şəmkir” – “Sheki City” 2:0

Qollar: A.Tağıyev, 57; V.Cəfərov, 65 - pen.

Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şəmkir OİK stadionu

“Araz Saatlı” – “Hypers Guba” 0:2

Qollar: H.Novruzov, 36; C.İmamverdiyev, 90+4- pen.

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Saatlı OİK stadionu

“Dinamo” – “Şahdağ Qusar” 0:0

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu

“Qusar” – “Şəfa” 0:9

Qollar: E.Zamanov, 14; Ə.Hüseynov, 22; A.Yunanov, 27 - pen; 40, 54, 72; Ü.Quliyev, 76, 79; S.Ağayev, 82

Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Neftçi Futbol Mərkəzi (IV meydança)

Digər Xəbərlər
Xəbər Lenti