
Martda «Səbail»in sükanı arxasından ayrılan Cavid Hüseynovun işsiz günləri tezliklə başa çata bilər.
Hazırda qeyri-rəsmi olaraq «Cəbrayıl»ı çalışdıran mütəxəssis «Şəfa»dan dəvət alıb.
Gələn sezondan I Liqada mübarizə aparacaq paytaxt təmsilçisi onunla əlaqə yaradıb. Klubun rəhbərliyi ortaq tanışlar vasitəsilə Hüseynova təklif göndərib.
«Şəfa» hazırda II Liqada çempionluq uğrunda mübarizə aparır. Komanda son tur öncəsi lider «Şahdağ»dan 3 xal geri qalır.
I Liqada iddialı çıxış etmək istəyən «Şəfa»nın yönətimi daha Elgiz Kərəmliyə bir o qədər bel bağlamır. Ona inam sarsılıb.
Bunun səbəbkarı baş məşqçinin özüdür. Qış fasiləsində bura gələn gənc çalışdırıcı «yerdə qalan 13 turun qalib gələcəyik» vədi verib, amma sözünü tuta bilməyib.
«Şəfa» mövsümün «şah oyunu»nda Qusar kollektivi ilə heç-heçəyə (0:0) imza ataraq, əsas rəqibinin gerisinə düşüb.
SPORTİNFO.AZ