Qarabağı təmsil edən komanda liqa ilə vidalaşdı - VİDEOLAR

20 May 22:40 II Divizion 788
Qarabağı təmsil edən komanda liqa ilə vidalaşdı - VİDEOLAR

Bu gün II Liqada sonuncu - 26-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

"Lerik" "Füzuli"yə, "Şimal" "Göygöl"ə, "Ağdaş" isə "Kür-Araz"a qalib gəlib.

Daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib.

"Füzuli"nin isə növbəti mövsümdən Region Liqasında iştirak edəcəyi dəqiqləşib.

“Füzuli” – “Lerik” 0:1

Qol: Z.Nuruzadə, 79

Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Tural Bayramov, Niyaz Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı OİK stadionu

“Kür-Araz” – “Ağdaş” 1:4

Qollar: E.Məmmədov, 57 - pen. – V.Nəsirov, 4; A.Kərimxanov, 9; E.Süleymanov, 21; Ü.Sarıyev, 40

Hakimlər: Sənan Bayramzadə, Sənan Atayev, Cavid Ömərov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Heydər Əliyev adına İmişli şəhər stadionu

“Şimal” – “Göygöl” 2:0

Qollar: T.Nəsibov, 56; C.Kəlbəliyev, 87

Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Rizvan Süleymanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Siyəzən şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti