
II Liqada 25-ci turun oyunları keçirilib.
Dördüncü yerə iddiasını saxlamaq istəyən "Şəmkir" Lənkəranda "Lerik"in qonağı olub.
Qərb təmsilçisi cənub səfərində asan qələbəyə sevinib. Çempionatın ən yaxşı qolçusu sayılan Vidadi Cəfərov het-trikə imza atıb.
Mingəçevirli hücumçu qollarının sayını beləcə 30-a çatdırıb. İlk hissədə üç dəfə fərqlənən forvard fasilədən sonra bir qədər kölgəyə çəkilib.
Əvəzində «Lerik»dən Zaur Nuruzadə qollardan birinin əvəzini çıxıb.
Matçda daha bir qol vurulub. 68-ci dəqiqədə Ramiz Bağırov avtoqol müəllifi olub. Bunu talesiz an da saymaq mümkündür.
Belə ki, Akif Tağıyevin qapıçıya dəyən topu «çərçivə» önündən uzaqlaşdırmaq istəyən kapitan Valid Yusubzadənin zərbəsi Ramizə dəyib və toru silkələyib. Komandanın lideri bu azmış kimi Bağırovu o ki var danlayıb!
Sona 1 tur qalmış "Şəmkir" 47 xalla 5-ci, "Lerik" isə 16 xalla 13-cü pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
"Lerik" - "Şəmkir" 1:4
Qollar: Zaur Nuruzadə, 52 // Vidadi Cəfərov, 21 (p.), 31, 35; Ramiz Bağırov, 68 (ö.q.)
Lənkəran OİK stadionu. 100 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Rasim Axundov, Hüseyn Əsgərov
Dördüncü hakim: Ziya Nəsirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Mehman İbadov, 79 (qeyri-idman hərəkəti) // Nihat Sarıyev, 45+1 (qeyri-idman hərəkəti); Vidadi Cəfərov, 79 (qeyri-idman hərəkəti); İsmayıl Əskərov, 85 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.
“Lerik”: 1. Cavidan İzzətli 42. Valid Yusubzadə (k) 25. Mehman İbadov 90. Zaur Nuruzadə 5. Kənan Sadıxov 20. Elvin Cahangirli (14. Murad Əliyev, 42) 7. Penci Ağazadə 4. Mircavad Ağazadə (24. Hüseyn Əkbərli, 33) 8. Zeynal Axundzadə (23. Cavid Məmmədov, 75) 16. Rəşad Zeynallı (17. Fahil Dostiyev, 75) 9. Ramiz Bağırov
Ehtiyat oyunçular: 93. Röyal Əlizadə 3. Mirvaleh Hüseynov
Baş məşqçi: Vidadi Hüseynov
“Şəmkir”: 1. Orxan Sadıqlı (k) 10. Akif Tağıyev 17. Ceyhun Rəcəbli (19. Məmməd Məmmədov, 83) 9. Vidadi Cəfərov 18. Pərvin Kərimli (15. Ümid Nağdalıyev, 73) 6. Sərcan Omarov 7. Nicat Oruclu 5. Sehran Abbasov (25. Kamal Mirzəyev, 78) 23. Fərid İslamzadə (57. Məzahir Əhmədov, 73) 11. Fəzail Şirxanzadə (22. İsmayıl Əskərov, 78) 8. Nihat Sarıyev
Ehtiyat oyunçular: 13. Cəfər Abbasov 44. Elşad Mirzəyev 14. Rəhim Cəfərov 16. Ayhan Quluzadə
Baş məşqçi: Vüqar Nadirov