“Şahdağ” son turda çempionluğu əldən verəcəkmi?

03:30 II Divizion 107
“Şahdağ” son turda çempionluğu əldən verəcəkmi?

II Liqada mövsümün sonuncu - 26-cı turunun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüşlər 20-21 may tarixlərində keçiriləcək və hamısı 17:00-da başlayacaq.

Çempion komandanın adına məhz son turun oyunlarından sonra aydınlıq gələcək.

71 xalla lider olan "Şahdağ Qusar" mayın 21-də "Dinamo"nun qonağı olacaq. 68 xalla 2-ci olan "Şəfa" isə həmin gün səfərdə "Qusar"la üz-üzə gələcək.

20 may (çərşənbə axşamı)

17:00. “Füzuli” – “Lerik”

Şamaxı OİK stadionu

17:00. “Kür-Araz” – “Ağdaş”

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. “Şimal” – “Göygöl”

Siyəzən şəhər stadionu

21 may (çərşənbə)

17:00. “Şəmkir” – “Şəki Siti”

Şəmkir OİK stadionu

17:00. “Araz Saatlı” – “Haypers Quba”

Saatlı OİK stadionu

17:00. “Dinamo” – “Şahdağ Qusar”

Binə qəsəbə stadionu

17:00. “Qusar” – “Şəfa”

Neftçi Futbol Mərkəzi (IV meydança)

Digər Xəbərlər
Xəbər Lenti