Azərbaycanlı hücumçu “bir nəfəsə” 22 qol vurdu - VİDEO

18 May 23:45 II Divizion 189
Azərbaycanlı hücumçu “bir nəfəsə” 22 qol vurdu - VİDEO

II Liqada 25-ci turun oyunları keçirilib.

"Şəfa" nominal qonaq qismində "ASK Arena"da "Füzuli"nin önünə çıxıb.

Qarşılaşma paytaxt təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qış fasiləsindən sonra paytaxt təmsilçisinin şərəfini qoruyan Amil Yunanov pokerə imza atıb. Beləcə, "Qəbələ"nin yetirməsi yanvardan bu yana çempionatda vurduğu qolların ümumi sayını 22-yə çatdırıb.

Xallarını 68-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Füzuli" isə sonuncu yerdədir.

Ehtimal ki, "Şəfa" rəhbərliyi bu qalibiyyətə görə futbolçulara mükafat təyin etməyib. Heç buna gərək də yoxdur.

Bu komandanın bir rəqibi var, "Şahdağ". Onları uda bilmirlərsə, kollektivin bütün üzvlərini cərimələmək lazımdır.

Əgər bunu eləməyiblərsə, yenə çox nahaq yerə.

"Füzuli" liqanın ən zəif bəndidir. Turnir cədvəlində hamıdan aşağıda mövqe tutan rəqibə 7 qol vursan, nə olacaq, vurmasan, nə olacaq..?

SPORTİNFO.AZ

"Füzuli" - "Şəfa" 0:7
Qollar:
Amil Yunanov, 17; 38; 44; 50; Aqşin Paşayev, 37; Rauf Məhərrəmov, 60; Cavad Bağırov, 79
Bakı. “ASK Arena”. 170 tamaşaçı Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Vüqar Bayramov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqə: Elgün Abbaslı, 19 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

“Füzuli”: 1. Kamil Nəzərli 91. Şəhriyar Zərbəliyev 10. Elgün Abbaslı (k) 21. Fuad Məmmədzadə 7. Samir Əliyev 44. Elmir Xəlilov 9. Murad Mehdiyev 18. Mübariz Hüseynzadə 11. Samur-Xan Aslanxanov 4. Əl-Musənnə Omran 5. Rəhim Nağıyev
Ehtiyat oyunçular: 8. Şaməddin Rüstəmov 17. Elçin Rəhimli 6. Zöhrab Bayramov
Məşqçi: Xəqani Quliyev

“Şəfa”: 13. Əli Həsənli (12. Rafiq Həsənov, 46) 33. Tərlan Quliyev (k) 88. Aqşin Paşayev (27. Gülalı Mehrəliyev, 55) 9. Amil Yunanov (97. Cavad Bağırov, 55) 77. İbrahim Aslanlı 42. Elnur Cəfərov (28. Ülvi Quliyev, 46) 10. Emin Zamanov (22. Tural Nərimanov, 46) 70. Ruslan Hacıyev 80. Zahid Mərdanov 20. Rauf Məhərrəmov 4. Samir Ağayev
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov 23. Comərd Baxşəliyev 3. Bəxtiyar Soltanov 21. Novruz Məmmədov 6. Ceyhun Cavadov 32. Elməddin Hüseynzadə 19. Əsgər Hüseynov
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti