
II Liqada 25-ci turun oyunları keçirilib.
Bu həftə Qusar derbisi baş tutub.
"Şahdağ"la "Qusar"ın qarşılaşması Bakıda - "Neftçi"nin bazasında təşkil olunub.
Bu görüş əsasən "Şəfa"nı maraqlandırırdı. Ötən tur "Şahdağ"a evdə qalib gələ bilməyən paytaxt təmsilçisinin ümidi var idi ki, bəlkə "Qusar" öz yerlilərini büdrədər.
Meydançanın ətrafında dolaşanların əksəriyyəti danışırdı ki, "Şəfa" Kamran Əlibabayevin çalışdırdığı komandanı stimullaşdırıb.
Beş-on manatdan danışılmırdı. Bir neçə on min manatdan söhbət gedirdi.
Orxan Əlixanov 13-cü dəqiqədə künc zərbəsindən havalandırılan topu başla qapıdan keçirəndə "Qusar"da hamı elə sevinirdi ki…
Onlar üçün hər şey yaxşı başlamışdı, amma bu, uzun çəkmədi. 22-ci dəqiqədə Samir Qurbanov müdafiədə boşluq tapıb status-kvonu bərpa edincə, əhval-ruhiyyə dəyişdi.
"Qusar" ikinci hissədə tamamilə müdafiəyə qapandı. Nadir hallarda hücuma çıxan komandanın irəli xətt oyunçularında kəsər çatışmırdı.
Dəqiqələr ötdükcə daha da sürət yığan "Şahdağ"ın cəhdləri 74-cü dəqiqədə bəhrə verdi. İyirmi dəqiqə sonra da daha bir qol…
"Şahdağ" sona 1 tur qalmış 71 xalla 2-ci pillədəki "Şəfa"dan 3 xal irəlidədir. "Qusar" isə 27 xalla 9-cu pillədə qərarlaşıb.
Çempionun adına son tur aydınlıq gələcək.
SPORTİNFO.AZ
"Şahdağ Qusar" - "Qusar" 3:1
Qollar: Samir Qurbanov, 22; Xəqani Sadıxov, 74; Kənan Mirzəliyev, 90+4 // Orxan Əlixanov, 13
Neftçi Futbol Mərkəzi, (IV meydança). 100 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Ceyhun Hüseynov Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Cavid Quliyev, 22 (qeyri-idman hərəkəti); Tural Qurbatov, 59 (qeyri-idman hərəkəti); Vüsal Hüseynov, 65 (qeyri-idman hərəkəti); Famil Camalov, 72 (qeyri-idman hərəkəti); Xəqani Sadıxov, 74 (qeyri-idman hərəkəti); Mehdi Rəsulov, 88 (qeyri-idman hərəkəti) // Denis İsmixanov, 39 (qeyri-idman hərəkəti); Rüstəm Rüstəmov, 72 (qeyri-idman hərəkəti); Orxan Əlixanov, 74 (qeyri-idman hərəkəti); Firudin Ağalarov, 81 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Babək Allahverdiyev (“Şahdağ Qusar”), 77 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 14. Rahid Əmirquliyev (k) 11. Tural Qurbatov (9. Famil Camalov, 69) 6. Vüsal Hüseynov 17. Emin Quliyev (10. Mehman Məsimov, 46) 4. Rubin Seyidov 29. Elşən Veysov 86. Xəqani Sadıxov (88. Mehdi Rəsulov, 85) 21. Ruslan Ağalarov 71. Cavid Quliyev (97. Kənan Mirzəliyev, 46) 70. Samir Qurbanov (7. Salman Atluxanov, 90+3)
Ehtiyat oyunçular: 1. Elmar Seyidov 99. Elmar Əzizov 15. Nodar Məmmədov 19. İlyas Səfərzadə 38. Mehdi Əliyev 77. Ədilxan Qarəhmədov 55. Firuz Əhmədov
Məşqçi: Elnur Abdullayev
“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 19. Orxan Əlixanov 14. Məhəmməd Xəlilov (66. Şaiq Vəlizadə, 75) 37. Faik Ağakərimov 10. Osman Osmanov 77. Mirmehdi Rzayev (5. Zakir Haşımov, 78) 8. Əsgər Hümbətov 40. Rüstəm Rüstəmov 3. Murad Hüseynov 16. Denis İsmixanov
Ehtiyat oyunçular: 17. Elnur Dəmirli
Baş məşqçi: Ramil Həsənov