
II Liqada 25-ci tur arxada qalıb.
Çempionatda heç bir məqsədi olmayan «Göygöl» və «Kür-Araz» üz-üzə gəlib.
Yağışlı havada cəmi 10 nəfərin tribunada əyləşdiyi matç məhsuldar keçib.
Hesab elə ilk dəqiqədə açılıb. Ev sahiblərinin qapıçısı Novruz Rəhimovun yanlış ötürməsindən sonra topu qəbul edən Elxan Məmmədov təqribən 25 metr məsafədən «çərçivə»ni dəqiq nişan alıb.
Burada yerli kiperin növbəti xətasını da qeyd etməliyik: zərbə yaxın küncdən toru silkələyirsə, «əlcək sahibi» istənilən halda günahkardır. Rəhimov sonrakı dəqiqələrdə bir-iki qurtarışı ilə təqsirini «yudu».
İmişli təmsilçisi təzyiqi tez dayandırdı. 19-cu dəqiqədə onlar artıq 1:2 hesabıyla geridə idi. «Kür-Araz» hər iki topu müdafiəçilərin kobud səhvindən sonra buraxdı.
«Göygöl» fasilədən sonra daha iki dəfə fərqləndi. Bu dəfə son dəqiqələrə kimi gözlədilər.
Böyük qüvvə ilə irəli atılmış qonaqlar qapısında oxşar qollar gördü: cərimə meydançasından bir ötürmə ilə qapıçıyla üzbəüz çıxan Cavanşir Cavanşirov və Elcan Rəhimov fürsəti qaçırmadı.
SPORTİNFO.AZ
“Göygöl” - “Kür-Araz” 4:1
Qollar: Kərəm Əhmədli, 13; Zahid Sadıxov, 19; Cavanşir Cavanşirov, 83; Elcan Rəhimov, 90+2 // Elxan Məmmədov, 1
Göygöl OİK stadionu. 10 tamaşaçı
Baş hakim: Nazim Abdullayev
Baş hakimin köməkçiləri: Nurlan Əhmədzadə, Məmmədəli Kərimov
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Seymur Fərəci, 62 (qeyri-idman hərəkəti); Ülvi Cəlilov, 71 (qeyri-idman hərəkəti); Cavanşir Cavanşirov, 77 (qeyri-idman hərəkəti) // Eltun Həsənli, 51 (qeyri-idman hərəkəti); Babək Yaqublu, 71 (hakimin qərarına etiraz); Museyib Vəlizadə, 90+2 (qeyri-idman
hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
“Göygöl”
13. Novruz Rəhimov
44. Elxan Əzizov
9. Zahid Sadıxov
(11. İntiqam Tağıyev, 68)
14. Ülvi Cəlilov (k)
(66. Dursun Məmmədov, 85)
10. Elcan Rəhimov
6. Kamal Həsən-pur
97. Cavanşir Cavanşirov
55. Sənan Həsənov
(3. İsmayıl Məmmədov, 68)
17. Çingiz Məmmədov
(15. Surac Nəcəfov, 85)
4. Kərəm Əhmədli
8. Seymur Fərəci
Ehtiyat oyunçular:
5. Səid Həsənov
Məşqçi: Bilal Mehdiyev
“Kür-Araz”
1. Elçin Əliyev
14. Elnur Məmmədov (k)
22. Mirabbas Mirbabayev
9. Elxan Məmmədov
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
3. Eltun Həsənli
13. Nihad Məmmədov
16. Əli İbrahimli
2. Rəşid Əmirli
17. Vidadi Ağazadə
Ehtiyat oyunçular:
12. Hilal Maqsudlu
20. Əli Mürsəlov
Baş məşqçi: Murad Ağayev