Özləri bu VİDEOnu izləsələr, başlarına-başlarına döyəcəklər! - VİDEO

14 May 23:40 II Divizion 121
Özləri bu VİDEOnu izləsələr, başlarına-başlarına döyəcəklər! - VİDEO

II Liqada 25-ci tur arxada qalıb.

Turnir cədvəlinin aşağı sıralarında yer alan «Şəki Siti» ilə «Araz Saatlı» üz-üzə gəlib.

150 nəfərin tamaşasına dayandığı matçda cəmi 1 qol vurulub. O da ev sahibləri sevindirib. Əli Tağızadə 48-ci dəqiqədə rəqib müdafiəçilərin qapı önündən uzaqlaşdıra bilmədiyi topu tora göndərib.

Bu, birinci və sonuncu qol olmalı deyildi. Oyunu izləsək, hər iki komandanın hücum futbolu sərgilədiyini, əksər qol epizodlarının «Şəki» tərəfindən yaradıldığını görərik.

Yerli «paxlavaçılar»ın qaçırdığı fürsətlər inanılmazdır. İki-üç metrdən, hətta boş qapı önündən hədəfə düşməyən futbolçular, yəqin ki, bu videonu izlədikcə, dərin köks ötürəcək, «mən neylədim» deyə, öz-özlərinə sual verəcəklər.

«Araz Saatlı» Asim İbrahimovu baş məşqçi postuna gətirəndən sonra dərin böhran yaşayır. Şəhriyar Məmmədovun gedişi, onun təyinatı ilə yağışdan çıxıb yağmura düşüblər.

Komanda nə oynadığını, niyə oynadığını bilmir. Tamamilə həvəssizdirlər. Deyəsən, aran təmsilçisi üçün mövsüm həftələr öncə başa çatıb.

SPORTİNFO.AZ

“Sheki City” - “Araz Saatlı” 1:0
Qol: Əli Tağızadə, 48
Şəki şəhər stadionu. 150 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Mirnihad Seyidov
Dördüncü hakim: Hacıağa Həsənov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sarı vərəqələr: Ramin İsmayılov, 35 (qeyri-idman hərəkəti); Asim Quliyev, 57 (qeyriidman hərəkəti); Elçin Ramazanov, 71 (qeyri-idman hərəkəti); Osman Soltanov, 85 (qeyri-idman hərəkəti) // Elnur Səmədov, 43 (hakimin qərarına etiraz); Eldəniz Hüseynov, 51 (hakimin qərarına etiraz); Rəsul İbrahimov, 70 (qeyri-idman hərəkəti); Ramiz Qasımov, 85 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Sheki City”: 1. Elnar Şabanov 5. Ramin İsmayılov 4. Süleyman Rauflu 20. Orxan Kərimov 14. Elçin Ramazanov (k) 97. Tural Məmmədzadə 44. Osman Soltanov 3. Coşqun Canımov 7. Əli Tağızadə (11. Revazi Otaraşvili, 66) 17. Xalıq Şabanov 77. Asim Quliyev
Ehtiyat oyunçular: 55. Nəriman İmayətov 88. Ramil İsmayılov 66. Yunis Həsənli 21. Yusif Qafurov 99. Elgün Hacıbabayev 10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov

“Araz Saatlı”: 12. Teymur Hüseynov 7. Elnur Səmədov 19. Rəsul İbrahimov (k) 10. Hacı Rüstəmov 66. Eldəniz Hüseynov 6. Həmzə Əliyev 44. Ramiz Qasımov 4. Loğman Əliyev 5. Valeh Əzizli 29. Qərib Rzayev (49. Ceyhun Həsənli, 68) 24. Nahid İsmayıllı (27. Şövqi Seyfullazadə, 79)
Ehtiyat oyunçular: 20. Məhərrəm Əlizadə 14. Sənan Nərimanlı
Baş məşqçi: Asim İbrahimov

Digər Xəbərlər
Xəbər Lenti