
"Şahdağ" azarkeşlərini ayaqda alqışlamaq lazımdır”.
Bu sözlər "Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
O, saytımızın "yutub" kanalında yayımlanan "Futbol Manşet" verlişində qusarlı azarkeşlərin II Liqaya gətirdiyi ab-havadan danışıb.
Tanınmış telejurnalist "Şəfa"nı qabaqlayaraq I Liqaya vəsiqə qazanan rayon komandasının böyük fanat ordusuna malik olduğunu bildirib.
Qeyd edib ki, "ASK Arena"nın tribunaları sonuncu dəfə 20-22 il öncə dolub.
Həmin vaxt millinin Serbiya və Çernoqoriya ilə keçirdiyi matçın bu qdər ajiotaj doğurduğunu söyləyən E.Cəfərov "Şahdağ" tərəfdarının artıq bütün ölkəyə səs saldığını vurğulayıb.
Aparıcı deyib ki, əyalət təmsilçisi sərgilədiyi futbol və möhtəşəm azarkeş dəstəyi ilə hələ çox uzun yol getmək potensialına malikdir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN