
Bu gün II Liqada 25-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, 7 matçın hamısı eyni gündə oynanılıb.
"Şəki Siti" "Araz-Saatlı" ilə, "Ağdaş" "Dinamo" ilə, "Göygöl" "Kür-Araz"la, "Lerik" "Şəmkir"lə qarşılaşıb.
Lider "Şahdağ Qusar" rayon derbisində "Qusar"la üz-üzə gəlib və 3 xal qazanıb. İkinci yerdəki "Şəfa" Bakıda "Füzuli"nin qonağı olub və 7 cavabsız qol vurub.
Üçüncü pillədəki "Şimal" isə səfərdə "Hypers Quba"ya uduzub.
Bugünkü nəticələrdən sonra lider "Şahdağ Qusar" sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirə bliərdi.
Bunun üçün Qusar təmsilçisinin qalıb gəlməsi, 2-ci pillədə olan "Şəfa"nın isə xal itirməsi kifayət idi. Lakin "Şahdağ Qusar" və "Şəfa" qələbə qazandıqlarına görə çempionluğun taleyi son tura qalıb.
Artıq "Şahdağ Qusar", "Şəfa" və “Şimal” növbəti mövsüm üçün I Liqaya vəsiqəni təmin edib.
“Füzuli” – “Şəfa” 0:7
Qollar: A.Yunanov, 17, 38, 44, 50; A.Paşayev, 37; R.Məhərrəmov, 60; C.Bağırov, 79
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASK Arena”, (canlı // pfl.az)
“Ağdaş” – “Dinamo” 0:2
Qollar: H.Rəhimov, 6; Ə.İsayev, 58
Qırmızı vərəqə: S.Ağayev, 90+5 ("Ağdaş")
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağdaş şəhər stadionu, (canlı // pfl.az)
“Şahdağ Qusar” – “Qusar” 3:1
Qollar: S.Qurbanov, 22; X.Sadıxov, 74; K.Mirzəliyev, 90+4 - O.Əlixanov, 12
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Neftçi Futbol Mərkəzi, (IV meydança), (canlı // pfl.az)
“Göygöl” – “Kür-Araz” 4:1
Qollar: K.Əhmədli, 13; S.Fərəci, 19; C.Cavanşirov, 83; E.Rəhimov, 90+2 - E.Məmmədov, 1
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Göygöl OİK stadionu
“Hypers Guba” – “Şimal” 2:1
Qollar: C.İmamverdiyev, 26 - pen; 51 - Ş.Sədiyev, 45
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Quba OİK stadionu, (canlı // pfl.az)
“Sheki City” – “Araz Saatlı” 1:0
Qol: Ə.Tağızadə, 49
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şəki şəhər stadionu
“Lerik” – “Şəmkir” 1:4
Qollar: Z.Nuruzadə, 52 - V.Cəfərov, 21 - pen; 31, 35; R.Bağırov, 68 - avtoqol
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lənkəran OİK stadionu, (canlı // pfl.az)