
II Liqada 24-cü tura yekun vurulub.
"Göygöl" Bakıda "Dinamo"nun qonağı olub.
Görüşün müqəddəratı 14-cü dəqiqədə müəyyənləşib. Müdafiəçi ilə ikili mübarizədən qalib ayrılan Elcan Rəhimov cərimə meydançasının xətti üzərindən qapının yaxın küncünü dəqiq nişan alıb.
O, 62-ci dəqiqədə daha bir dəfə toru silkələsə də, baş hakim nəinki bu qolu qeydə alıb, epizod anında rəqib müdafiəçiyə xəsarət yetirdiyi hücumçuya sarı vərəqə göstərib.
«Dinamo» gözlənilməz startın şokunu sonadək üzərindən ata bilməyib. Əsasən standart vəziyyətlərə bel bağlayan «polislər»in cəhdləri heç bir nəticə verməyib.
Təhlükəli qol epizodları sarıdan kasad keçən matçda Novruz Rəhimov da ciddi səhvə yol verməyib. «Göygöl»ün qapıçısı bir fraqmentdə yoldaşlarının karına gəlib.
«Dinamo» artıq taleyi ilə barışıb. Qəbul ediblər ki, liderlər qrupuna daxil olmaq onların gücü daxilində deyil. Ona görə də son iki-üç turda ruhdan düşüblər.
Bu turdan sonra "Dinamo" 35 xalla 6-cı, "Göygöl" isə 18 xalla 11-ci pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
"Dinamo" - "Göygöl" 0:1
Qol: Elcan Rəhimov, 14
Binə qəsəbə stadionu. 20 tamaşaçı Baş hakim: Alik Yunusov
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Məhəmməd Cəfərzadə, 50 (qeyri-idman hərəkəti); İbrahim Bağırov, 90 (oyunun bərpasının ləngidilməsi); Fizuli Dəmirov, 90 (hakimin qərarına etiraz); Əkbər Səfərzadə, 90+1 (qeyri-idman hərəkəti) // Çingiz Məmmədov, 57 (qeyri-idman hərəkəti); Elcan Rəhimov, 62 (qeyri-idman hərəkəti); Zahid Sadıxov, 63 (qeyri-idman hərəkəti); Dursun Məmmədov, 82 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Dinamo”: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 11. Şahin Əliyev (k) (7. Əkbər Səfərzadə, 75) 3. Nicat Əskərov 55. Əlisa İsayev (15. Tərlan Veysəlli, 75) 19. Əlibala Ağayev 24. Sadiq Hüseynli 17. Fizuli Dəmirov 44. Əli Məmmədli 88. Aqil Hüseynzadə (22. Amil Nurəhmədov, 65) 16. Məhəmməd Cəfərzadə (10. Ziya Məmmədli, 55) (27. Həsənəli Rəhimov, 65)
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 5. Nail Təhməzli 18. Aydın İsxanzadə 33. İkram Həmidli 8. Uğur Sayıllı
Baş məşqçi: İbrahim Uzunca
“Göygöl”: 13. Novruz Rəhimov 44. Elxan Əzizov 9. Zahid Sadıxov (66. Dursun Məmmədov, 79) 14. Ülvi Cəlilov (k) (11. İntiqam Tağıyev, 71) 10. Elcan Rəhimov 6. Kamal Həsən-pur 97. Cavanşir Cavanşirov 3. İsmayıl Məmmədov 17. Çingiz Məmmədov 4. Kərəm Əhmədli 8. Seymur Fərəci
Ehtiyat oyunçular: 15. Surac Nəcəfov
Məşqçi: Bilal Mehdiyev