
II Liqada 24-cü tur arxada qalıb.
"Şimal" Siyəzəndə "Şəki Siti"ni qəbul edib.
Qarşılaşma Xaçmaz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəticədən də göründüyü kimi, matç nominal ev sahiblərinin aşkar üstünlüyü şəraitində keçib.
I Liqaya vəsiqəni daha öncə təmin eləmiş Xaçmaz təmsilçisi oyuna rahat başlayıb və yaratdığı qol epizodları dəyərləndiməkdə rəqibə güzəştə gedib.
Qonaqların qapısı ağzından çəkilməyən «Şimal»ın heyətində Seyidovlar ön plana çıxıb. Qış fasiləsində «Dinamo»dan gəlmiş Valeh müdafiəçiləri sağ ayağına «dolayaraq», baxımlı qol vurubsa,
Pirverdi dubla imza atıb. Baş hakim Sənan Bayramzadə onların iki qolunu qeydə almayıb, üstəlik, «Şəki»nin qapıçısı Elnar Şabanov hardasa 4-5 epizodda topun tora daxil olmasını əngəlləyib.
İkincilər matçboyu «Şimal»ın qapısına yaxınlaşa bilməyib. Yalnız uzaqdan «çərçivə»yə tərəf zərbə endirməklə kifayətlənib.
Xallarını 55-ə yüksəldən "Şimal" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 18 xalı olan "Şəki Siti" isə 10-cu yerdədir.
SPORTİNFO.AZ
"Şimal" - "Şəki Siti" 3:
Qollar: Valeh Seyidov, 13; Pirverdi Seyidov, 29, 88
Siyəzən şəhər stadionu. 70 tamaşaçı
Baş hakim: Sənan Bayramzadə
Baş hakimin köməkçiləri: Samir Qaracayev, Mirnihad Seyidov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Elvin Dəmirov, 19 (qeyri-idman hərəkəti); Cavad Hacıyev, 61 (qeyriidman hərəkəti); Pərviz Azadov, 90+1 (qeyri-idman hərəkəti) // Əli Tağızadə, 65 (qeyriidman hərəkəti) Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Şimal”: 36. Əmrah Məmmədli 18. Tural Cəlilov (k) 17. Cavad Hacıyev 13. Qeybulla Kaçayev (27. Pərviz Azadov, 46) 20. Valeh Seyidov (22. İbrahim İmamhüseynov, 78) 26. Elvin Dəmirov 16. Amil Məmmədov (4. Ülvi Zeynalov, 78) 44. Tofiq Nəsibov (15. Elmar Babayev, 46) 2. Said Əliyev 8. Pirverdi Seyidov 77. Ceyhun Kəlbəliyev (19. Şükür Ağabəyov, 78)
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli 5. İqrar Səmədov
Məşqçi: Fazil Salahov
“Sheki City”: 1. Elnar Şabanov 5. Ramin İsmayılov 4. Süleyman Rauflu 20. Orxan Kərimov (10. İlkin Məmmədov, 82) 14. Elçin Ramazanov (k) 97. Tural Məmmədzadə 44. Osman Soltanov (21. Yusif Qafurov, 75) 3. Coşqun Canımov 7. Əli Tağızadə (99. Elgün Hacıbabayev, 75) 17. Xalıq Şabanov (8. Yusif Yusifzadə, 46) 77. Asim Quliyev
Ehtiyat oyunçular: 55. Nəriman İmayətov 11. Revazi Otaraşvili
Baş məşqçi: Firuddin Mövsümov