
II Liqada 24-cü tura yekun vurulub.
"Araz Saatlı" doğma rayonda "Lerik"i qəbul edib.
Görüş ev sahiblərinin 0:1 hesablı məğlubiyyətlə üzləşib.
90 dəqiqə açıq oyuna səhnə olub. Hər iki tərəf xoşbəxtliyi hücumda axtardığından, qapılar önündə saysız-hesabsız qol vəziyyətləri yaranıb.
Çempionatda qalmaq üçün son cəhdlərini edən cənubluları 3 xala qovuşduran yeganə qol 51-ci dəqiqədə vurulub - Zaur Nuruzadə penaltini qola çevirib.
Başqa vaxt olsaydı, bəlkə də Saatlıda 6-7 qol vurulardı. Bu dəfə hər iki qapıçı əla təsir bağışladı.
İstər Teymur Hüseynov, istərsə də Cavidan İzzətli möhtəşəm performans sərgilədi. Oyunu onların benefisi də adlandıra bilərik. İnanılmaz qurtarışlar etdilər.
Bu turdan sonra "Araz Saatlı" 31 xalla 8-ci, "Lerik" isə 16 xalla 13-cü pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
"Araz-Saatlı" - "Lerik" 0:1
Qol: Zaur Nuruzadə, 51 (p.)
Saatlı OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Səbuhi Əmrahov
Dördüncü hakim: Ruslan Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Valid Yusubzadə, 20 (qeyri-idman hərəkəti); Rəvan Quluzadə, 75 (qeyriidman hərəkəti); Cavidan İzzətli, 87 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Araz Saatlı”
12. Teymur Hüseynov
7. Elnur Səmədov
19. Rəsul İbrahimov (k)
10. Hacı Rüstəmov
11. Zaur Fərzəliyev
15. Cavid Əliyev
66. Eldəniz Hüseynov
(24. Nahid İsmayıllı, 63)
6. Həmzə Əliyev
4. Loğman Əliyev
5. Valeh Əzizli
29. Qərib Rzayev
(20. Məhərrəm Əlizadə, 50)
Ehtiyat oyunçular:
49. Ceyhun Həsənli
27. Şövqi Seyfullazadə
14. Sənan Nərimanlı
Baş məşqçi: Asim İbrahimov
“Lerik”
1. Cavidan İzzətli
42. Valid Yusubzadə (k)
25. Mehman İbadov
90. Zaur Nuruzadə
5. Kənan Sadıxov
20. Elvin Cahangirli
(17. Fahil Dostiyev, 90+2)
4. Mircavad Ağazadə
(24. Hüseyn Əkbərli, 73)
14. Murad Əliyev
10. Rəvan Quluzadə
(23. Cavid Məmmədov, 86)
16. Rəşad Zeynallı
9. Ramiz Bağırov
Ehtiyat oyunçular:
Baş məşqçi: Vidadi Hüseynov