Mövsümü “yola verən” komandanın oyunundan VİDEO

8 May 23:40 II Divizion 131
Mövsümü “yola verən” komandanın oyunundan VİDEO

II Liqada 24-cü tur arxada qalıb. "Qusar" Bakıda "Ağdaş"ı qəbul edib.

Turnir cədvəlinin aşağı sıralarını maraqlandıran qarşılaşmada qapılara 3 qol vurulub və qonaqlar qalib gəlib.

Onlar artıq 10-cu dəqiqədə hesabı açıb. Taryel Zeynalovun fərqlənməsindən 5 dəqiqə sonra Əlibəy Məmmədli status-kvonu bərpa edib.

Qusarlıların kapitanı müdafiəçidən topu «oğurlayaraq», qapıçıyla üzbəüz qalıb və fürsəti qaçırmayıb.

Fasilədən sonra oyun əsasın «Ağdaş»n üstünlüyü şəraitində keçib. 55-ci dəqiqədə nominal ev sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət eləyiblər. Elçin Süleymanov sürətli mövqe hücumunu ağıllı zərbəylə tamamlayıb.

«Ağdaş»in imkanı var idi ki, hesab arasındakı fərqi xeyli böyütsün. Nə qədər belə şansları oldu.

İki-üç təkbətəyi qaçırdılar, yaxın məsafədən boş qapıya düşə bilmədilər. İmrah Məhərrəmov da bəzi anlarda qapısını qoruduğu «Qusar»ın dadına yetişdi.

Hiss olundu ki, şimallılar oyuna elə-belə yanaşır, mövsümün final mərhələsini «yola verirlər». Həftələrdir məşq etmədikləri, oyundan 1-2 saat qabaq yığışdıqları görünürdü: hamı yerində gəzirdi, qaçan yox idi.

"Qusar" 27 xalla 9-cu, "Ağdaş" isə 17 xalla 11-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Qusar” – “Ağdaş” - 1:2

Qollar: Əlibəy Məmmədli, 15 // Taryel Zeynalov, 10; Elçin Süleymanov, 55
Bakı. “Neftçi Futbol Mərkəzi” (IV meydança). 30 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Elman Kərimov, Zakir Şükürzadə
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Rüstəm Rüstəmov, 45+1 (qeyri-idman hərəkəti) // Eşqin Vəliyev, 72 (qeyri-idman hərəkəti) Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.

“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 19. Orxan Əlixanov 37. Faik Ağakərimov 10. Osman Osmanov 27. Əlibəy Məmmədli (5. Zakir Haşımov, 31) 77. Mirmehdi Rzayev (95. Eşqin Tağıyev, 46) (14. Məhəmməd Xəlilov, 70) 66. Şaiq Vəlizadə 40. Rüstəm Rüstəmov 3. Murad Hüseynov 16. Denis İsmixanov (17. Elnur Dəmirli, 34)
Ehtiyat oyunçular:
Baş məşqçi
: Ramil Həsənov

Ağdaş”: 1. Ümid Paşayev 5. Vasif Nəsirov 3. Səbuhi Ağayev (k) 33. Elçin Süleymanov 4. Azad Əzimli 24. Elvin İsmayılov (17. Ramal Əhmədov, 78) 7. Taryel Zeynalov (26. Taleh Yusifli, 86) 20. Ülvi Sarıyev 27. Rəvan Əliyev 90. Araz Kərimxanov (21. Eşqin Vəliyev, 57) 10. Sahil Həsənov
Ehtiyat oyunçular: 19. Mahir Salmanov 9. Oleq Xəlilov 77. Fuad Hüseynov 13. Şamil Mustafayev 14. Hüseyn Hüseynov
Məşqçi: Nadir Ebişov

Digər Xəbərlər
Xəbər Lenti