Azərbaycan klubunda yeni baş məşqçi – SON DƏQİQƏ

15 Noyabr 2024 09:40 II Divizion 3 887
Azərbaycan klubunda yeni baş məşqçi – SON DƏQİQƏ

Vüqar Nadirovla yollarını ayıran «Hypers»in yeni baş məşqçi axtarışı uzun çəkməyib.

II Liqa təmsilçisi vakant postu Bəhram Şahquliyevə tapşırıb.

O, mövsümün sonunadək Quba komandasını çalışdıracaq. Qusarlı çalışdırıcının qarşısına I Liqaya vəsiqə uğrunda mübarizə aparmaq vəzifəsi qoyulub.

II Liqanın debütantı 9 tura 18 xal toplayıb. Mövsümün geridə qalan hissəsində 6 qələbə əldə edən və 3 dəfə məğlubiyyətlə üzləşən şimal komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bu çempionat Bəhram Şahquliyevə tanışdır. O, ötən mövsümün ikinci yarısınadək «Şahdağ Qusar»ın sükanı arxasında dayanıb.

Yayda isə yenidən «Zirə»yə qayıdıb. 2014-2015-ci illərdə «qartallar»la I Liqada debüt etmiş məşqçi «Hypers»dən təklif gələnə kimi akademiyada fəaliyyət göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA