COP29

Klub prezidenti: "Bu, mənim üçün sürpriz oldu, maraqlandım və bildim ki…"

8 Noyabr 17:20 II Divizion 832
Klub prezidenti: "Bu, mənim üçün sürpriz oldu, maraqlandım və bildim ki…"

«Peşəkar Futbol Liqası bu mövsümdən hüquqi məsələlərdə tələbləri sərtləşdirib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Saatlı-Araz»ın prezidenti Ədalət Abdullayev deyib.

Bilindiyi kimi, payon klubu cari sezondan yeni adla çıxışını davam etdirir.

Ötən «futbol ili»ndə «Araz-Saatlı» olaraq I Liqada debüt edən komanda bu ildən II Liqada «Saatlı-Araz» olaraq varlıq göstərir.

Ə.Abdullayevin dəyişikliyin səbəbi haqda bunları söyləyib:

«Mənim bundan əvvəl xəbərim yox idi. İlk dəfə püşkatmaya gedəndə, gördüm ki, klubumuzun adı bu cür yazılım.

Sürpriz oldu mənə. Peşəkar Futbol Liqasının əməkdaşlarından maraqlandım, dedilər ki, təsisçi Xəyal Məmmədov klubu «Saailı-Araz» kimi qeydiyyatdan keçirib.

Sadəcə, PFL ötən mövsüm I Liqa və II Liqada bəzi testlər etdiyindən, klubumuzu «Araz-Saatlı» kimi göstərib. Bu mövsümdən isə tələbləri sərtləşdiriblər.

Mən PFL-i tam haqlı sayıram. Çünki onların gördüyü iş klubların peşəkarlaşmasına xidmət edir.

Biz PFL-ə artıq zəmanət vermişik. Hüquqi proseduru həyata keçirəcəyimizi demişik.

Çünki biz klubu «Araz-Saatlı» brendi ilə tanıtmışıq. Yenidən o adı geri qaytarmaq istəyirik.

Bundan irəli gələn sənədləşmə işlərini görməkdəyik».

Digər Xəbərlər
Xəbər Lenti