II Liqada hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza verildi

22 Oktyabr 2024 03:00 II Divizion 700
II Liqada hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza verildi

İkinci Liqada çıxış edən “Ağdaş”ın futbolçusu Ülvi Sarıyev 4 oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya 2-ci Liqanın 7-ci turunda “Hypers Guba” ilə görüşdə ikinci sarı vərəqə aldıqdan sonra futbolçunun hakimləri təhqir etməsi səbəb olub.

Sarıyevin bu hərəkətinə görə Ağdaş klubu 300 manat cərimələnib.

“Ağdaş” həmçinin, matçın ilkin protokolu elektron bazada gec təsdiq edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA