İki kobud səhv, bir gözəl qol, bir əla seyv, bir salto - VİDEO

26 Aprel 23:40 II Divizion 447
İki kobud səhv, bir gözəl qol, bir əla seyv, bir salto - VİDEO

Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

"Göygöl" öz meydanında "Lerik"i qəbul edib.

İlk hissədə qarşılıqlı hücumlar bir-birini əvəz edib. Qapılar önündə təhlükəli epizodlar yaradılıb, açıq oyun gedib.

Qonaqlar qol da vurub. Heydər Babayev qapıçıyla üzbəüz qalaraq toru silkələyib, amma yan xətt hakim oyundankənar vəziyyət olduğunu göstərərək, bayrağını yuxarı qaldırıb.

Fasilədən sonra «Lerik» müdafiə xəttində kobud səhvləri ilə yadda qalıb. İlk belə xətadan sonra ev sahiblərinin 23 yaşlı yarımmüdafiəçisi Sənan Həsənov yaxın küncü dəqiq nişan alıb.

70-ci dəqiqədə Nurlan Əmirzadə cərimə zərbəsindən göndərilən topu gözəl baş zərbəsiylə qapıdan keçirib. Bu da sonuncu olmur.

Cənub təmsilçisinin arxa xəttinin 83-ci dəqiqəyə tuş gələn növbəti yanlışı bu dəfə Bəşir Qarayev tərəfindən bağışlanmır. O, qol sevincini 3 dəfə salto vurmaqla qeyd edir.

«Lerik» son dəqiqələrdə hesabı yenidən bərabərləşdirmək fürsəti yaxalayır. Qapıçı Nicat Mahmudovun seyvi qonaqların 1 xal qazanmaq arzusunun üstündən xətt çəkir.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatır.

Xallarını 32-yə yüksəldən "Göygöl" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 45 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Sənan Həsənov, 25 (qeyri-idman hərəkəti); Hikmət Verdiyev, 41 (qeyri-idman hərəkəti) // Əli Tağızadə, 40 (qeyri-idman hərəkəti); Mirvaleh Hüseynov, 77 (qeyri-idman hərəkəti)
Qollar: Sənan Həsənov, 51; Bəşir Qarayev, 83 // Nurlan Əmirzadə, 70
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“Göygöl”

1. Nicat Mahmudov
2. Möhsün Tapdıqov
10. Vüsal Mehdiyev (k)
(9. Elgün Qasımlı, 82)
57. Bəşir Qarayev
(8. Turani Əliyev, 90+2)
4. İsa Bayramov
30. Elcan Rəhimov
16. Hikmət Verdiyev
15. İsmayıl Məmmədov
5. Sənan Həsənov
17. Çingiz Məmmədov
25. Vahid İbrahimov
Ehtiyat oyunçular:
11. Ramil Həsənov
7. Bilal Mehdiyev
14. Ülvi Cəlilov
33. Mirröyal Mahmudov
Məşqçi: Fərid Babazadə

“Lerik”

12. Hafiz Məmmədli (k)
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
8. Ruslan Tağızadə
36. Heydər Babayev
20. Elvin Cahangirli
11. Əli Tağızadə
4. Vusal Nuriyev
(16. Murad Əliyev, 70)
24. Rəvan Quluzadə
(19. Farid Şiriyev, 87)
3. Mirvaleh Hüseynov
22. Aqil Nəzərov
(10. Nurlan Əmirzadə, 62)
Ehtiyat oyunçular:
23. Niyal Abasov
Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti