Bu gün çempionluq oyunu var - BURADAN CANLI İZLƏYİN

22 Aprel 12:50 II Divizion 2 838
Bu gün çempionluq oyunu var - BURADAN CANLI İZLƏYİN

Bu gün II Liqada 22-ci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Heç şübhəsiz, hesabat həftəsində bütün gözlər «Cəbrayıl»la «Baku Sportinq»ə dikiləcək.

Çempionluq uğrunda mübarizə aparan iki komanda «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında üz-üzə gələcək.

Buzovna təmsilçisi 49 xalla liderdirsə, Cavid Hüseynovun çalışdırdığı cəbrayıllılar ondan 3 xal az toplayıb və ikinci yerdədir.

Günün digər oyunlarında autsayder «Kürmük» Qaxda «Şəki»ni qəbul edəcəksə, orta sıralarda qərarlaşmış «Kür-Araz» İmişlidə «Ağdaş»la üz-üzə gələcək.

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Futbol Mərkəzi” (IV meydança), 13:00

“Kürmük Qax” – “Sheki City”
Hakimlər: Şamil İmanzadə, Aydın Baxşıyev, Mirnihad Seyidov, Rəsul Babayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qax OİK stadionu, 16:00

“Kür-Araz” – “Ağdaş”
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Mahmud Bağırzadə
Hakim-inspektor: Zöhrab Abbasov
AFFA nümayəndəsi: Namiq Əliyev
H.Əliyev adına İmişli şəhər stadionu, 17:00

Digər Xəbərlər
Xəbər Lenti