Gözlərinizə inanmayacaqsız! – II Liqadan VİDEO

18 Aprel 17:20 II Divizion 382
Gözlərinizə inanmayacaqsız! – II Liqadan VİDEO

II Liqasında XXI tura yekun vurulub.

"Şəki Siti" doğma meydanda "Göygöl"ü qəbul edib.

Hesab 25-ci dəqiqədə açılıb. Son vaxtlar əla formada olan Tural Məmmədzadə yenə fərqlənib.

O, Yusif Dilanovun uzaq məsafədən endirdiyi zərbəyə reaksiya göstərən qapıçı Nicat Mahzmudovdan qayıdan topu tora göndərib və qol sevincini Kriştianu Ronaldo kimi qeyd edib.

Göygöllülər fasiləyədək hesabı bərabərləşdirə bilərdi. İki epizodda buna yaxın olsalar da, real fürsəti boşa veriblər.

İkinci yarıda da qol arayışına çıxan ev sahibləri 63-cü dəqiqədə istəyinə çatıb. Künc zərbəsi zamanı qapıçının topa çıxışda səhvindən yararlanan Ramin İsmayılov başla dəqiq oynayıb.

Növbəti hücumda isə top dirəkdən dönüb. Uzun toplarla həmlələr təşkil edən «Göygöl»ün cəhdləri nəticə verməyib.

Halbuki «Şəki»nin müdafiədə yol verdiyi səhvlər heç də az olmayıb. Qonaqlar elə fraqmentlərdə topu qapıya göndərə bilməyiblər ki…

Gözlərinizə inanmayacaqsız!

Zəhmət olmasa, aşağıda yerləşdirdiyimiz videoya baxın, qaçan epizodları görün. Liqanın yaşlı-başlı futbolçuları belə qolları qaçırırsa, day onlara deyiləcək başqa söz yoxdur!

Xallarını 35-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 29 xalı olan "Göygöl" isə 8-ci yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 450 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Asif Abdullayev
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Ramin İsmayılov, 56 (qeyri-idman hərəkəti) // Elcan Rəhimov, 41 (qeyri-idman hərəkəti); Vüsal Mehdiyev, 77 (qeyri-idman hərəkəti)
Qollar: Tural Məmmədzadə, 25; Ramin İsmayılov, 63
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
(33. Tamerlan Rizvanov, 56)
55. Nəriman İmayətov
27. Yusif Dilanov
9. Tural Məmmədzadə
8. Yusif Cəfərov
21. Elşən Mustafayev
(44. Osman Soltanov, 81)
99. Sərcan Omarov
(77. Ramin Məmmədov, 30)
7. Xaliq Şabanov
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
60. Tunar Səlimov
Baş məşqçi: Firuddin Mövsümov

“Göygöl”

1. Nicat Mahmudov
2. Möhsün Tapdıqov
10. Vüsal Mehdiyev
14. Ülvi Cəlilov (k)
8. Turani Əliyev
(57. Bəşir Qarayev, 46)
(11. Ramil Həsənov, 90)
30. Elcan Rəhimov
33. Mirröyal Mahmudov
16. Hikmət Verdiyev
15. İsmayıl Məmmədov
5. Sənan Həsənov
9. Elgün Qasımlı
Ehtiyat oyunçular:
7. Bilal Mehdiyev
Məşqçi: Fərid Babazadə

Digər Xəbərlər
Xəbər Lenti