Baş məşqçini geri qaytardılar, Lənkərandan darmadağınla qayıtdılar - VİDEO

16 Aprel 17:40 II Divizion 1 090
Baş məşqçini geri qaytardılar, Lənkərandan darmadağınla qayıtdılar - VİDEO

Azərbaycan II Liqasında XXI turun görüşləri keçirilir.

"Lerik" Lənkəranda "Füzuli"ni qəbul edib.

Qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarabağ təmsilçisinin heyətində Elvin Nəsibov pokerə imza atıb. Baxmayaraq ki, matçın ilk 15 dəqiqəsi nominal ev sahiblərinin darmadağına məruz qalacağından xəbər vermirdi.

Leriklər hesab açılana kimi iki fürsəti boşa verib, ardınca «Füzuli»nin «qol maşın»ı işə düşüb. Matçda son nötəni 90+2-ci dəqiqədə Ceyhun Cavadov qoyub.

Xallarını 46-ya yüksəldən "Füzuli" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Füzuli"nin böyükhesablı qələbəsini Nadir Əliyevin dönüşüylə əlaqələndirmək olar. Bir həftə öncə baş məşqçi postunu tərk edən mütəxəssis "Şəki" ilə heç-heçədən sonra geri qaytarılıb.

Güman ki, klub rəhbərliyi onun yoxluğunda komandanın iddasını itirəcəyindən ehtiyatlanıb və maliyyə problemlərini həll eləyib.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 120 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Mirnihad Seyidov
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kifayət Mustafayev
Sarı vərəqələr: Kamran Abdullazadə, 47 (qeyri-idman hərəkəti); Mirabbas Qədirli, 56 (qeyri-idman hərəkəti); Heydər Babayev, 81 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Valid Yusubzadə, 88 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Qollar: Elvin Nəsibov, 19, 45+1, 85, 86; Ceyhun Cavadov, 90+2
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

“Lerik”

12. Hafiz Məmmədli
5. Feyruz Bağıyev
(7. Kamran Abdullazadə, 46)
42. Valid Yusubzadə (k)
8. Ruslan Tağızadə
2. Əli Məzahirli
99. Mirabbas Qədirli
(20. Elvin Cahangirli, 65)
14. Penci Ağazadə
11. Əli Tağızadə
(4. Vusal Nuriyev, 62)
24. Rəvan Quluzadə
3. Mirvaleh Hüseynov
(36. Heydər Babayev, 62)
22. Aqil Nəzərov
(17. Fahil Dostiyev, 46)
Ehtiyat oyunçular:
10. Nurlan Əmirzadə
19. Farid Şiriyev
25. İtaət Balayev
9. Azad Bayramzadə
16. Murad Əliyev

Baş məşqçi: Vidadi Hüseynov

“Füzuli”

1. Kamil Nəzərli
10. Vüsal Tahirov
77. Əziz Hüseynov (k)
(15. Nihad Ağayev, 86)
6. Ceyhun Cavadov
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
91. Süleyman Piriyev
17. Elçin Rəhimli
(88. Ramin Məhərrəmli, 63)
20. Haqverdi Həsənov
(19. Cəsur Hüseynov, 78)
11. Emin Quliyev
18. Mehman Süleymanlı
(21. Elvin Mirzəyev, 78)
Ehtiyat oyunçular:
12. Əyyub Əliyev
95. Əli İbrahimov
44. Elmir Xəlilov
3. Nurlan Məmmədov
Baş məşqçi: Nadir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU