II Liqada bu gün – Oyunları buradan CANLI İZLƏYİN

15 Aprel 15:50 II Divizion 376
II Liqada bu gün – Oyunları buradan CANLI İZLƏYİN

Bu gün II Liqada 21-ci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Turnir cədvəlinə başçılıq edən «Baku Sportinq» Binədə «kürmük Qax»la üz-üzə gələcək. Birinci yerdən gözünü çəkməyən «Şahdağ» Şamaxıda «Şəmkir»lə qüvvəsini sınayacaq.

«Lerik» Lənkəranda çempionluğa iddialı «Füzuli»yə öz gücünü göstərməyə çalışacaq. «Şəki» isə doğma şəhərdə «Göygöl»dən 3 xal qoparmaq istəyəcək.

“Şahdağ Qusar” – “Şəmkir”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Sərxan İsmayılov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 16:00

“Baku Sportinq” – “Kürmük Qax”
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Anar Bədəlov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 16:00

“Lerik” – “Füzuli”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Nazim Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Lənkəran OİK stadionu, 16:30

“Sheki City” – “Göygöl”
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Asif Abdullayev, Emin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Şəki şəhər stadionu, 16:30

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU