Maddi problemlər içində qovrulan, baş məşqçisi istefa verən komanda bugünə düşdü - VİDEO

14 Aprel 23:45 II Divizion 879
Maddi problemlər içində qovrulan, baş məşqçisi istefa verən komanda bugünə düşdü - VİDEO

Azərbaycan II Liqasında XX turun oyunları keçirilir.

Çempionluq uğrunda mübarizə aparan "Füzuli" Bakıda "Şəki Siti"ni qəbul edib.

Hesabı 17-ci dəqiqədə Emin Quliyev açıb. Bir qədər sonra qonaqlardan Sərcan Omarov bərabərlik qolunu vurub.

42-ci dəqiqədə isə Tural Məmmədzadə müdafiəçilərlə mübarizədən qalib ayrılaraq, şəkililəri önə çıxarıb.

Bu, oyunda son qol olmayıb. Emin Quliyev 73-cü dəqiqədə dublunu rəsmiləşdirərək, nominal ev sahiblərini məğlubiyyətdən xilas edib.

Ümumi götürsək, 98 dəqiqə sürən qarşılaşma qol epizodları sarıdan bol olub. Xüsusən «Fuzuli»nin yaratdığı təhlükəli epizodları qeyd etməliyik.

Oyunu izlərkən, görünən bu idi ki, onlar var qüvvəsi ilə mübarizə aparmır. Vurduqları qollara da bir o qədər sevinmirdilər.

Sanki kiməsə və nəyə xatir meydana çıxmışdılar və əvvəlki kimi istəkli təsir bağışlamırdılar. Matçın xeyli bölümünü gəzərək keçirdilər.

Bu da təsdiqləyir ki, komandada müəyyən problemlər mövcuddur və Nadir Əliyev boş yerə baş məşqçi postundan ayrılmayıb.

Əgər «Füzuli»ni ikinci yerə gətirib çıxaran mütəxəssis vəzifəsindən istefa veribsə, bunun ən böyük səbəbi elə maliyyə ilə bağlı ola bilər.

Deməli, rəhbərlik kollektiv qarşısında götürdüyü maddi öhdəliklərini yerinə yetirməyib ki, Əliyev burada qalmağa lüzum görməyib. Yoxsa yaxşı nətixələr qazanan çalışdırıcı durduğu yerdə niyə çıxıb getsin ki..?

Xallarını 43-ə yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 32 xalı olan "Şəki Siti" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

“ASK Arena”. 50 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Sənan Atayev
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Elçin Rəhimli, 26 (qeyri-idman hərəkəti); Əziz Hüseynov, 34 (qeyri-idman hərəkəti); Mehman Süleymanlı, 45 (qeyri-idman hərəkəti); Haqverdi Həsənov, 90 (qeyri-idman hərəkəti) // Elçin Ramazanov, 34 (qeyri-idman hərəkəti)
Qollar: Emin Quliyev, 17, 73 // Sərcan Omarov, 30; Tural Məmmədzadə, 43
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.

“Füzuli”

1. Kamil Nəzərli
10. Vüsal Tahirov
(6. Ceyhun Cavadov, 46)
77. Əziz Hüseynov (k)
(21. Elvin Mirzəyev, 80)
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
17. Elçin Rəhimli
(20. Haqverdi Həsənov, 68)
11. Emin Quliyev
18. Mehman Süleymanlı
15. Nihad Ağayev
(19. Cəsur Hüseynov, 46)
Ehtiyat oyunçular:
95. Əli İbrahimov
71. Sergey Markelov
44. Elmir Xəlilov
88. Ramin Məhərrəmli
3. Nurlan Məmmədov
25. Bəxtiyar Zülfüqarlı
Məşqçi: Xəqani Quliyev

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
(7. Xaliq Şabanov, 66)
55. Nəriman İmayətov
27. Yusif Dilanov
9. Tural Məmmədzadə
(33. Tamerlan Rizvanov, 84)
8. Yusif Cəfərov
44. Osman Soltanov
21. Elşən Mustafayev
99. Sərcan Omarov
(77. Ramin Məmmədov, 73)
Ehtiyat oyunçular:
Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU