Taksiyə mindi, rayona getdi, gec çatdı, "ağ atlı oğlan" oldu - VİDEO

10 Aprel 17:40 II Divizion 527
Taksiyə mindi, rayona getdi, gec çatdı, "ağ atlı oğlan" oldu - VİDEO

II Liqada 20-ci tur arxada qalıb.

Turnir cədvəlinin orta sıralarında yer alan «Kür-Araz» İmişlidə «Dinamo»nu qəbul edib.

Ev sahibləri ikinci hissənin tamamını hücumda keçirib. Qonaqların cərimə meydançası önündə «çadır» quran «pambıqçılar» xeyli sayda qol vəziyyəti yaradıb.

İbrahim Bağırov qoruduğu qapının «qıfıl»ını fasiləyədək açmayıb. İkinci hissədə «Kür-Araz»ın həmlələri nəticə verib.

Öncə Elxan Məmmədov müdafiəçilərin «yatmasından» istifadə edərək, hesabı açıb. Ardınca Ramazan Abbasov yetirməsi olduğu komandanın qapısına yol tapıb.

Aran təmsilçisinin 3 xalı cibində hiss elədiyi bu dəqiqələrdə Valeh Seyidov səhnəyə çıxıb.

Fasilədən sonra meydana ayaq basan hücumçu 6 dəqiqə ərzində oyunun axarını 180 dərəcə dəyişib. Onun qazandığı iki penaltini İntiqam Məmmədov qola çevirib.

«Dinamo»nun lideri olan və komandanı öz arxasınca daşıyan Valehlə bağlı bir maraqlı faktı da diqqətinizə çatdıraq. Zədəli olduğu üçün ötən tur forma geyinə bilməyən 26 yaşlı forvard, əslində, İmişliyə də getməli deyilmiş.

O, son anda fikrindən daşınıb və taksi ilə səfərə yollanıb, matçın startından bir qədər keçmiş özünü stadiona çatdırıb.

Sonrası da məlumdur: klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlunun qismətində «ağ atlı oğlan» olmaq varmış…

SPORTİNFO.AZ

Heydər Əliyev adına İmişli şəhər stadionu. 250 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Anar Bədəlov
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Elxan Məmmədov, 45+2 (qeyri-idman hərəkəti); İlkin Hüseynli, 70 (qeyri-idman hərəkəti); Babək Yaqublu, 81 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, oyundan sonra (qeyri-idman hərəkəti) // Elxan Zeynalabdinzadə, 9 (qeyri-idman hərəkəti); Fizuli Dəmirov, 31 (qeyri-idman hərəkəti); İntiqam Məmmədov, 71 (hakimin qərarına etiraz); İbrahim Bağırov, 90+1 (oyunun bərpasının ləngidilməsi); Əli Məmmədli, oyundan sonra (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elxan Məmmədov, oyundan sonra (qeyri-etik ifadə və ya hərəkət) // Elxan Zeynalabdinzadə, oyundan sonra (təcavüzkar davranış)
Qollar: Elxan Məmmədov, 51; Ramazan Abbasov, 79 // İntiqam Məmmədov, 83 (p.), 89 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 6 dəq.

Kür-Araz”

1. Əzəmət Müseyibov
(99. Novruz Qəhrəmanov, 88)
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
8. Cavidan Musazadə
9. Elxan Məmmədov
18. Nicat Fərəcli
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
17. Elariz Xəlilli
(21. Rüfət Rəhimzadə, 70)
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
13. Yəhya Babayev
Baş məşqçi: Ələmdar Mustafayev

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev (k)
(18. Əli Hacıyev, 90+4)
8. İntiqam Məmmədov
24. İlkin Həsənli
3. Amil Cabbarlı
(15. Tərlan Veysəlli, 52)
10. Ziya Məmmədli
80. Rəvan Nağıyev
(20. Valeh Seyidov, 46)
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
17. Fizuli Dəmirov
44. Əli Məmmədli
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
19. Əkbər Səfərzadə
4. Ömər Əsgərov
16. Aslan Səlimov
99. Uğur Sayıllı
Məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU