Heç inanardız ki, Azərbaycanda belə futbolçular var? - VİDEO

4 Aprel 22:40 II Divizion 3 872
Heç inanardız ki, Azərbaycanda belə futbolçular var? - VİDEO

II Liqada XIX tur başa çatıb.

Baş məşqçi dəyişikliyinə gedən "Şahdağ Qusar" Şamaxıda "Lerik"i qəbul edib.

Bəhram Şahquliyevlə vidalaşan komandanı İlkin Hacıxanovun meydana çıxardığına dair protokolda qeyd olunsa da, gerçəkdə bu işi Əlimirzə Daşzərini görüb.

32 yaşlı müdafiəçi sonadək texniki zonada qalaraq, debütünü qələbə ilə «yuyub».

Oyunu izləyənlər təxmin eləməzdi ki, 90 dəqiqə ərzində cəmi 3 qol vurular. İstər «Şahdağ», istər «Lerik» fərqlənmək üçün xeyli imkan yaxalayıb.

Çempionatın bombardiri Tural Qürbətov ilk hissədə penaltini qaçırıb. Əvəzində Pənci Ağazadə təqribən 25-28 metr məsafədən vurduğu əla zərbəylə qusarlıları «soyuq duş»a qonaq edib.

Ağazadənin qolunu izlədikdə, əmin olursan ki, II Liqada həqiqətən maraqlı futbolçular var və onların sayı heç də bir əlin barmaqları ilə məhdudlaşmır.

«Şahdağ» fasilədən qayıdar-qayıtmaz oyunun «çarx»ını öz xeyrinə dəyişir. Öncə Tural kuryoz alınan epizodda toru silkələyərək, qollarının ümumi sayını 23-ə çatdırır.

1 dəqiqə sonra Famil Camalov müdafiəçiləri qabaqlayaraq, adını tabloya yazdırır.

Bu görüşü qapıçıların dueli də adlandırmaq olar. Rafiq Kərimovla Hafiz Məmmədli bir-birindən maraqlı seyvlərlə yadda qalır.

Xallarını 38-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Tural Qurbatov, 59 (qeyri-idman hərəkəti); Fərman Qənbərov, 70 (qeyri-idman hərəkəti)
Qollar: Tural Qurbatov, 46; Famil Camalov, 47 // Penci Ağazadə, 43
Qolla nəticələnməyən penalti: Tural Qurbatov, 33
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Şahdağ Qusar”

12. Rafiq Kərimov
8. Fərman Qənbərov
88. Mehdi Rəsulov
(77. Elmin Əskərli, 74)
11. Tural Qurbatov
10. Fuad Məmmədzadə
(14. Rahid Əmirquliyev, 46)
44. Afin Bağırov
97. Kənan Mirzəliyev
(17. Coşqun Qorçiyev, 80)
9. Famil Camalov
(20. Mehman Məsimov, 66)
4. Rubin Seyidov (k)
21. Ruslan Ağalarov
71. Cavid Quliyev
Ehtiyat oyunçular:

1. Babək Allahverdiyev
3. Əlimirzə Daşzərini
19. Samir Şixzadayev
16. Denis İsmixanov
30. Ruslan Kiçibəyov
Məşqçi: İlkin Hacıxanov

“Lerik”

12. Hafiz Məmmədli
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
(22. Aqil Nəzərov, 40)
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
7. Kamran Abdullazadə (k)
(6. Mətin Əbilsoy, 60)
99. Mirabbas Qədirli
14. Penci Ağazadə
(16. Murad Əliyev, 90)
11. Əli Tağızadə
(20. Elvin Cahangirli, 60)
24. Rəvan Quluzadə
3. Mirvaleh Hüseynov
Ehtiyat oyunçular:
4. Vusal Nuriyev
Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU