COP29

Aşağı liqada belə futbolçu var, ona baxın - VİDEO

19 Noyabr 2023 23:40 II Divizion 1 084
Aşağı liqada belə futbolçu var, ona baxın - VİDEO

Azərbaycan II Liqasında XI tura yekun vurulub.

lider "Baku Sportinq" Saatlıda "Kür-Araz"ın qonağı olub.

Qarşılaşma paytaxt təmsilçsinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Baxmayaraq ki, nominal ev sahibi sayılan İmişli təmsilçisi matça daha istəkli başlayıb.

"Kür-Araz" ardıcıl iki epizodda hesabı açmağa yaxın olub. Cavid İmamverdiyev və Ramazan Abbasov bu fürsətləri boşa verib.

Ağır çəkili ön xətt oyunçularının ləngliyi qonaqların dadına yetişib.

Comərd baxşəliyev 16-cı dəqiqədə mübahisəli penaltini qola çevirib. Baş hakim Nicat İsmayıllının qərarından narazı qalan "Kür-Araz"ın məşqçisi Üzeyir Sefizadə fasilədə texniki zonadan kənarlaşdırılıb.

Fasilədən sonra "Baku Sportinq" daha iki fərqlənib. Hakan Həsənov və Elməddin Hüseynzadə qol dəftərini adını yazıb.

Sonuncunun fərqləndiyi epizodun üzərində dayana bilərik. Elməddin iki rəqibini aldadaraq, topu qapının yaxın küncünə fırladıb.

Onun hərəkətlərin izləyərkən, istər-istəməz sevinirsən: nə yaxşı ki, II Liqada belə texnikalı futbolçular var.

Xallarını 28-ə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 15 xalı olan "Kür-Araz" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Saatlı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Aydın Baxşıyev
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Babək Yaqublu, 48 (hakimin qərarına etiraz); Elnur Məmmədov, 77 (qeyri-idman hərəkəti) // Rəvan Kərimov, 36 (qeyri-idman hərəkəti); Vüqar Rəhimov, 74 (qeyri-idman hərəkəti); Elməddin Hüseynzadə, 77 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Üzeyir Səfizadə (“Kür-Araz”), fasilədə, fasilədə (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Üzeyir Səfizadə (“Kür-Araz”), fasilədə
Qollar: Comərd Baxşəliyev, 16 (p.); Hakan Həsənov, 47; Elməddin Hüseynzadə, 80
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

Kür-Araz”

99. Novruz Qəhrəmanov
11. Ramazan Abbasov
55. Qeyrət Əliyev
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
6. Ağasən Əsgərov
77. Museyib Vəlizadə
(9. Elxan Məmmədov, 75)
15. Babək Yaqublu
(17. Elariz Xəlilli, 72)
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:

1. Əzəmət Müseyibov
12. Şöhrət Qasımlı
18. Ceyhun Quliyev
21. Rüfət Rəhimzadə
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
19. Elmin Məmmədzadə
Baş məşqçi: Ələmdar Mustafayev

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
(8. Aqşin Paşayev, 32)
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
7. Məhəmməd Xəlilov
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
44. Vüqar Rəhimov
5. Rəvan Kərimov
99. Hakan Həsənov
(28. Ülvi Quliyev, 54)
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
4. Elşad Manafov
10. Elgün Abbaslı
3. Taleh Babayev
14. Emil Həsənzadə
6. Ağası Babayev
2. Ramil Rüstəmov
16. Emin Hüseynzadə
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?