Azərbaycanda baş hakimdən iki şübhəli qərar: Məqsədi nədir? - VİDEO

11 Aprel 18:00 II Divizion 590
Azərbaycanda baş hakimdən iki şübhəli qərar: Məqsədi nədir? - VİDEO

II Liqada XX tura yekun vurulub.

"Göygöl" öz meydanında "Baku Sportinq"i qəbul edib.

Son turlar qeyri-sabit nəticələr qazanan lider qərb səfərində “şeytanın qıçını sındırıb”. Kamal Umudlu da by yolda onlara bacardığı köməkliyi göstərib.

Referi 27-ci dəqiqədə ev sahiblərinin qapısına gülməli penalti təyin eləyib, Comərd Baxşəliyev hesabı açıb. Üç dəqiqə sonra Hikmət Verdiyev avroqol müəllifi olub. Epizod kuryoz alınıb, izləməyə dəyər.

Ara-sıra uzun ötürmələrlə rəqib qapısına yaxınlaşan “Göygöl”də Bəşir Qarayev əla fürsəti qaçırıb. Ba. Hakim ikinci hissəyə də öz “damğa”sını vurub.

Umudlu 58-ci dəqiqədə Çingiz Məmmədova ikinci sarı vərəqəni göstərib. Ardınca "Baku Sportinq"in qapsına aşkar penaltibi verməyib.

Qarşılaşma Buzovna təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 46-ya yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 29 xalı olan "Göygöl" isə 8-ci yerdədir.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 80 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Çingiz Məmmədov, 42, 58 (qeyri-idman hərəkəti); Vahid İbrahimov, 48 (qeyri-idman hərəkəti); İsa Bayramov, 52 (qeyri-idman hərəkəti); Hikmət Verdiyev, 54 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Çingiz Məmmədov, 58
Qollar: Comərd Baxşəliyev, 27 (p.); Hikmət Verdiyev, 30 (ö.q.)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 2 dəq.

“Göygöl”

1. Nicat Mahmudov
2. Möhsün Tapdıqov
57. Bəşir Qarayev
(10. Vüsal Mehdiyev, 67)
14. Ülvi Cəlilov (k)
4. İsa Bayramov
30. Elcan Rəhimov
16. Hikmət Verdiyev
5. Sənan Həsənov
17. Çingiz Məmmədov
25. Vahid İbrahimov
9. Elgün Qasımlı
(15. İsmayıl Məmmədov, 46)
Ehtiyat oyunçular:
11. Ramil Həsənov
8. Turani Əliyev
33. Mirröyal Mahmudov
Məşqçi: Fərid Babazadə

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
19. Hüseyn Axundov
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
(2. Ramil Rüstəmov, 86)
9. Röyal Nəcəfov (k)
10. Elgün Abbaslı
8. Aqşin Paşayev
(6. Ağası Babayev, 90)
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
99. Hakan Həsənov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Digər Xəbərlər
Xəbər Lenti