Növbəti mövsümdən II Liqada həvəskar klub çıxış etməyəcək.
AFFA bu çempionatla bağlı yeni plan üzərində işləyib.
Həmin plana əsasən, liqanın statusu dəyişdiriləcək. Turnirin reytinqini qaldırmaq, onu daha da baxımlı etmək istəyən federasiya yarımpeşəkar yanaşmadan vaz keçməyə gərək duyub.
Bu səbəbdən, liqada mübarizə aparmaq niyyətində olan bütün komandalar lisenziyalaşdırma prosesinə cəlb ediləcək.
Onlar bir neçə meyar üzrə öddəlikləri yerinə yetirməli olacaq.
Məqsəd iştirakçıları peşəkar prinsiplərə yaxınlaşdırmaq, ötən iki mövsüm ərzində müşahidə edilən neqativləri aradan qaldırmaqdır.
2023-cü ildən keçirilən liqada öncə 14, hazırda isə 12 klub yarışır. Reqlamentə əsasən, çempionatın qalibi birbaşa I Liqaya vəsiqə qazanacaq, ikinci yerin sahibi isə pley-off mərhələsində qüvvəsini sınayacaq.
SPORTİNFO.AZ

