Çempionatda kim iştirak edəcəksə, payına 15000 düşəcək

14:00 II Divizion 707
Çempionatda kim iştirak edəcəksə, payına 15000 düşəcək

AFFA II Liqada çıxış edən klublara ayırdığı yardım paketini artırmağı planlaşdırır. Saytımız bununla bağlı federasiyadan yeni məlumat əldə edib. Redaksiyamıza daxil olan məlumata görə, çempionatın hər bir iştirakçısına illik 150 min manatın verilməsi gözlənilir. Onlar 10 ay 15000 manat alacaq.
Müvafiq qərar İcraiyyə Komitəsinin qarşıdakı iclaslarından birində çıxarılacaq.
Hazırda bu liqada 12 komanda mübarizə aparır. Ötən iki mövsümdə aylıq maliyyə dəstəyi 5000 manat təşkil edirdisə, cari «futbol ili»ndən etibarən bu rəqəm 5800 manata qaldırılıb.
Ancaq gələn mövsümdən bəzi yeniliklər tətbiq ediləcək ki, buna da kifayət qədər ciddi yanaşmaq lazım gələcək.
Federasiya indiyədək yarımhəvəskar səviyyədə fəaliyyət göstərən klubları lisenziyalaşdırma prosesinə cəlb etməyi planlaşdırır.
Burada bir neçə meyar əsas götürüləcək. Məqsəd iştirakçıları həvəskar yanaşmadan professionallığa keçirməkdir.
Odur ki, bəzi yarışmaçıların II Liqanın sıralarını tərk eləməsi də istisna deyil. Onların yerini isə Region Liqasının təmsilçiləri tutacaq. Hansılar ki, maddi-texniki bazası yaxşıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!