«Şəmkir»in maliyyə dayaqları zəifləyib.
Buna səbəb komandanın II Liqanın son 3 turunda məğlubiyyətləri sıralamasıdır.
«Qırmızı-qaralar»ın «Şəki Siti» və «Qaradağ Lökbatan»ın ardınca, «Xankəndi»yə 1:2 hesabıyla uduzması yerli iş adamlarının səbr kasasını daşırıb.
Çempionluq şansının azalmasını görən dəstəkçilərin bir qrupu maddm dəstəyini dayandırıb. Odur ki, futbolçuların maaşlarının ödənilməsində problem yaranıb. Həmçinin gündəlik qida təminatı kəsilib.
Bilindiyi kimi, AFFA cari mövsümdən II Liqa təmsilçilərinin aylıq yardım paketini 5800 manata çatdırıb. Ancaq təbii ki, bu vəsait iddialı çıxış etməyə yetərli deyil.
Bu ilin əvvəlindən şəmkirli biznesmenlərin və futbolsevərlərin konsersium şəkildə idarə etdiyi «Şəmkir» hər ay 13-14 min manat civarında əlavə büdcəylə öz planlarını qurub.
Fəqət, Vüqar Nadirovun formalaşdırdığı heyət ümidləri doğrultmadığından, prolqnozlar alt-üst oldu.
I Liqaya vəsiqə ümidiylə çempionata start vermiş kollektiv 7 tura cəmi 9 xal toplaya bilib və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ

