Azərbaycanda baş məşqçiyə idman direktoru vəzifəsi tapşırıldı

9 Oktyabr 2025 09:40 II Divizion 2 663
Azərbaycanda baş məşqçiyə idman direktoru vəzifəsi tapşırıldı

Bu yay «Baku Sportinq»in baş məşqçi postundan uzaqlaşdırılan Elman Sultanov yeni təyinat alıb.

Son iki mövsümdə Buzovna təmsilçisini çalışdırmış mütəxəssis indən belə II Liqada işləyəcək.

O, «Quba»da idman direktoru postunu tutub.

«Baku Sportinq»i 2024-cü ildə II Liqanın çempionu etmiş Sultanov, əslində, «Quba»da iki iş görəcək. Direktor vəzifəsi ilə yanaşı, qeyri-rəsmi şəkildə baş məşqçi səlahiyyətlərini də yerinə yetirəcək.

Nədən belə? Məsələ ondadır ki, Sultanov hazırda «Pro» kateqoriyalı kurslarda iştirak edir. O, kağız üzərində «Difai»də çalışır, adı burada gedir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA